QISQANCLIQ ZƏMİNİNDƏ HƏYAT YOLDAŞINI QƏTLƏ YETİRMİŞDİR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Bərdə rayonunun Alaçadırlı kənd sakini Əziz Ağayev qısqanclıq zəminində həyat yoldaşı Zəkiyyəni balta ilə qətlə yetirmiş, sonra isə özünü bıçaqla yaralamışdır. Ə.Ağayev xəstəxanaya yerləşdirilmişdir.
Rayonun Qazıqurdalı kəndinin sakini Elmir Əmiraslanov münaqişə zəminində həmkəndlisi Ruslan Babayevi bıçaqla qətlə yetirmişdir. Polis əməkdaşları qatili yaxalamışlar.
Yardımlı rayonunun Yolocaq kəndində Çingiz Musayev münaqişə zəminində həmkəndlisi Yadulla Ağayevi bıçaqla öldürmüş və hadisə yerindən qaçmışdır.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ç.Musayev tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]