Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qızıl Zəngilanın qızıl həyatı yenidən qayıdacaq - AZƏRTAC-ın müxbirinin səfər təəssüratları FOTO

Zəngilan, 6 yanvar, C.Rüstəmov, foto T.Bayramov, AZƏRTAC

Rəşadətli Azərbaycan Ordusu təxminən 30 il işğal altında olan torpaqlarımızı cəmi 44 gün ərzində düşməndən azad etdi. Azərbaycanın şanlı qələbəsi ilə başa çatan Vətən müharibəsində yağı tapdağından azad edilən qədim yurd yerlərimizdən biri də Zəngilan rayonudur.

AZƏRTAC-ın çəkiliş qrupu yanvarın 5-6-da Zəngilan rayonunda olub, erməni barbarlığının izlərini lentə alıb, qəhrəman sərhədçilərimzlə görüşüb. Müxbirimizin Zəngilan rayonuna səfər təəssüratlarını təqdim edirik:

Haşiyə: Zəngilan rayonu Azərbaycanın cənub-qərbində, Bakı-Culfa-Naxçıvan magistral dəmir və şose yolları üzərində, strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşir. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir.

Vaxtilə rayonun ərazisindən Bakı-Yerevan dəmir yolu, İmişli-Laçın və Bakı-Şərur magistral şose yolları keçirdi. Zəngilan rayonu ilə Bakı arasında olan məsafə 385 kilometrdir.

Ərazisində bir sıra faydalı qazıntılar - tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı var. Zəngilanın Bəsitçay çayı hövzəsində böyük bir ərazidə təbii çinar meşəsi mövcuddur. Yüzilliklərdən keçib gələn çinar meşəsi sahəsinə görə planetdə ikinci, Avropada birinci olan füsunkar bir məkandır.

Zəngilan rayonu respublikada ərazisindən dörd çay keçən yeganə, unikal bir ərazi vahididir.

Üzüm plantasiyalarında istinin qora bişirdiyi vaxt buz bulaqlı Şükrataz yaylağında soyuğun insanlara kürk geyindirdiyi təbii iqliminə, yeraltı qızıl, mərmər yataqlarına, münbit torpaqlarına, əsrarəngiz təbiətinə görə rayon “Qızıl Zəngilan” adlandırılır.

1993-cü il oktyabrında Ermənistan tərəfindən işğal edilən Zəngilan düz 27 il sonra - 2020-ci ilin oktyabrında azad olunub.

X X X

Zəngilan: Günəş öz şəfəqləri ilə soyuq qış günündə bu torpaqların sahiblərini salamlayır

Tarix 5 yanvar. Helikopterlə Bakıdan Zəngilana doğru istiqamət alırıq. Təxminən 2 saatdan sonra helikopterimiz uzun illərdir həsrətində olduğumuz qədim yurd yerlərimizdən birinə - Zəngilana enir. Torpağa ilk ayaq basdığımda qürur dolu hisslər keçirirəm. Günəş öz şəfəqləri ilə soyuq qış günündə bu torpaqların sahiblərini salamlayır.

Azərbaycanın şanlı üçrəngli bayrağı Zəngilanda dalğalanır. Vaxtilə inkişaf etmiş rayonlarımızdan olan bu yerlərdə salamat bina, ev qalmayıb. Düşmən özünə saxta tarix yaratmaq üçün buradakı abidələrimizi də özünküləşdirməyə çalışıb, müqəddəs məkanlarımız təhqir olunub.

Sərhədçilərimiz Zəngilanda Azərbaycan-İran sərhədini qoruyur

Yolumuz Bartaz kəndinədir. Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin “Bartaz” sərhəd zastavasında üçrəngli bayrağımızın qaldırılması mərasiminə tələsirik.

Qeyd edim ki, 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın Dövlət Sərhəd Xidmətinin qarşısında qoyduğu döyüş tapşırıqlarının uğurlu icrası üçün bütün qüvvə və vasitələr tam səfərbər edilib. DSX-nın hərbi qulluqçuları Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında şücaət və igidlik göstəriblər.

Oktyabrın 22-də qəhrəman sərhədçilərimiz tərəfindən Zəngilanın bir neçə kəndi ilə yanaşı, Bartaz kəndi də düşməndən azad olunub. Kənd Mehri silsiləsinin ətəyindədir. Buradakı Bartaz dağından ətraf ərazini ovuc içi kimi görmək olur. Bu yüksəkliyin alınmasında neçə-neçə qəhrəman sərhədçimiz şəhid olub, öz qanları ilə bu torpaqlara yeni həyat verib.

“Bartaz” sərhəd zastavasına çatırıq. Sərhədçilərimiz sıraya düzülüb. Dövlət Himninin sədaları altında dövlət bayrağı qaldırıldıqdan sonra şəxsi heyətə təbriklər çatdırılır. Vətəninə, xalqına, Prezidentinə sadiq, səngərdə və sərhəddə böyük əzmlə xidmət aparan Azərbaycan sərhədçilərinin Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin döyüş tapşırığını şərəflə yerinə yetirməkdən qürur duyduqları xüsusi qeyd olunur.

24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücum

Artıq hava qaralırdı. Ətrafı sərhədçilərin yandırdıqları gur tonqal aydınlaşdırırdı. Uzun illər idi ki, bu torpaqlarda belə gur tonqal qalanmamışdı. Əsgərlərlə, zabitlərimizlə söhbət edir, onların döyüş təəssüratlarını öz dillərindən eşidirik...

Vətən müharibəsinin ilk günündən başlayaraq, Azərbaycan sərhədçiləri tərəfindən Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazi azad edilib, o cümlədən 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirilib. Qədim Xudafərin körpüsündə və dövlət sərhədlərimiz boyu müqəddəs torpaqlarımıza Azərbaycan bayrağı sancılıb, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklər azad olunub.

Dövlət Sərhəd Xidmətinin “Harop”, “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkarcasına tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələri və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilib, ümumilikdə, 290 düşmən hədəfi məhv edilib.

Səhəri gün Qafanla həmsərhəd olan Ağkəndə və Qazançıya doğru yola düşürük. Xatırladım ki, Ermənistan silahlı qüvvələrinin Zəngilana hücumları hələ 1992-ci ilin yanvarından başlayıb, kəndlərə basqınlar edilib, insanlar amansızcasına öldürülüb. Düşmən elə həmin ildə dövlət sərhədini pozaraq, tank və zirehli texnikalarla hücuma keçib, Zəngilanın 10-dan çox kəndini işğal etmişdi. Ağkənd də onlardan biri idi. Qadınlara, qocalara, uşaqlara belə aman verməyən erməni silahlıları kəndlərimizi talan etmiş, evləri dağıtmışdılar.

Ağkənd və Qazançıdan açılan mənzərə: Qafan şəhəri, Zəngəzurda yaşayış məntəqələri...

Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Azərbaycan uzun illərdən sonra Zəngilanın Ağkənd və Qazançı kəndlərində nəzarəti bərpa edib. Ermənistan məhz bu ərazidə dövlət sərhədini pozaraq 1992-ci ildə yaşayış məntəqələrimizi işğal etmişdi...

Ağkənddə yolboyu gördüyümüz eyni mənzərə idi - talançılıq, vandalizm. Beynəlxalq təşkilatların göz yumduğu bu kadrlar bir da sübut edir ki, biz işğalçılarla deyil, həm də vandallarla, vəhşilərlə müharibə aparmışıq. İşğal olunmuş kənd və şəhərlərimizin xarabalıqlara çevrilməsi, təbiətimizə qəsd edilməsi, mədəniyyət abidələrinin dağıdılması, müqəddəs məkanlarımızın təhqir olunması bunun təkzibolunmaz sübutudur.

Zəngilan-Qafan dəmir yolu xətti boyunca irəliləyirik. Sağda Zəngəzur mahalı və erməni sərhədçiləri görünür. Üçrəngli bayrağımızın arxasında görünən isə Qafan aeroportudur. Burada qürurla dalğalanan Azərbaycan bayrağı ermənilərə göz dağıdır. Sərhədçilərimiz bu yerlərdə hər an ayıq-sayıq xidmət edirlər.

Zəngilana bayrağımızı sancaraq Ali Baş Komandana məruzə edən, ermənilərin qorxulu yuxusuna çevirilən polkovnik-leytenant Babək Ələkbərov, böyük şücaət göstərərək Bartaz yüksəkliyində bayrağımızı ucaldan kiçik gizir İsi İsmayılov, döyüşlərdə bir çox igidliyi ilə ad qazanan qrup komandiri leytenant Mürsəl Zeynallı və başqaları erməni əsgərlərinin Azərbaycan sərhədçisinin qarşısından necə qorxaqcasına qaçmalarından, onların acizliyindən danışır, sərhədlərimizin keşiyində dayanmaqdan qürur duyduqlarını dilə gətirirlər.

Söhbət zamanı sərhədçilər yaradılmış şəraitə, diqqət və qayğıya, göstərilən yüksək etimada görə təşəkkürlərini ifadə edir, bərpa olunmuş müqəddəs sərhədlərimizin bir daha yağı düşmən tərəfindən tapdalanmasına imkan verməyəcəklərini əminliklə bildirirlər.

Daha sonra qarlı yollarla dağa qalxırıq. Budur, Qazançı kəndi. Dağılmış və yandırılmış evlər, kəsilmiş ağaclar... Azərbaycan sərhədçisi burada da döyüş məntəqəsi yaradıb və gecə-gündüz sərhədlərimizi qoruyur. Zəngilanın Ermənistanla sərhəd olan bu məntəqələrində sərhədçilərin təchizatı da yüksək səviyyədə təmin edilib.

Qazançıdan Qafan şəhəri açıq-aydın görünür. Qafan aeroportu, su anbarı, yaşayış yerləri, müəssisələr, şoselər və sair. Gorus-Qafan yolu da buradan keçir. Başı qarla örtülən Kiçik Qafqaz dağ silsiləsi ilə üzbəüz olan Qazançıda Azərbaycan bayrağı dalğalanır. Ermənilərin heç vaxt arzulamadıqları bu mənzərə artıq reallığa çevrilib. Düşmən hər gün üçrəngli bayrağımızın necə qürurla dalğalandığını seyr edir.

Zəngilandan yenə azan səsi gələcək, bu torpaqlara həyat qayıdacaq

Dekabrın 23-də Zəngilanda mənfur düşmən tərəfindən dağıdılan məscidin qarşısında çıxış edən Prezident İlham Əliyev bu barbarlıqdan danışarkən deyib: “Cəbrayıldan başlayaraq ta Qubadlıya qədər, Zəngilana qədər azad edilmiş torpaqlardan gəlmişəm. Bir dənə də salamat bina yoxdur. Bütün binalar sökülüb, dağıdılıb, kəndlərimizin adları dəyişdirilib, eybəcər adlar verilib, məscidimiz bax, bu günə düşüb. Cavabını verəcək Ermənistan, cavabını verəcək! Veribdir, qovmuşuq torpaqlarımızdan, məhv etmişik onları, onların ordusunu. Əminəm ki, bu görüntülərdən sonra bizə irad tutmağa çalışan “beynəlxalq məmurlar” öz dillərini qarınlarına qoyacaqlar. Biz isə bu məscidi bərpa edəcəyik və bizim vətəndaşlar gəlib burada ibadət edəcəklər, buradan azan səsi gələcək, bu torpaqlara həyat qayıdacaq”.

Bəli, gördüyümüz mənzərələr bu bölgələrə tezliklə həyat qayıdacağından xəbər verir. Qarabağ dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək. Zəngilan isə öz strateji əhəmiyyətini yenə də qoruyub saxlayacaq.

Əlverişli coğrafi mövqe, mühüm nəqliyyat infrastrukturu

Zəngilan əlverişli coğrafi mövqeyindən əlavə, mühüm nəqliyyat infrastrukturu ilə də bölgənin inkişafına təkan verəcək. Nəqliyyat infrastrukturunun yenidən qurulması ilə Azərbaycan, Ermənistan, Türkiyə dəhlizi formalaşa bilər. Hər zaman humanist mövqedən çıxış edən Azərbaycan bu dəfə də Ermənistana şans verir. Şans verir ki, mehriban qonşuluq əlaqələri quraraq bölgəmizin inkişafında rol oynasın. Ötən 30 ildə beynəlxalq layihələrdən kənarda qalması Ermənistanın siyasi rəhbərliyinə ən azından bir dərs olmuş olar...

Yaxın günlərdə Horadizdən Zəngilana, Ermənistan sərhədinə qədər dəmir yolunun tikintisi başlayacaq. Artıq texniki-iqtisadi əsaslandırma hazırlanır. Qısa müddətdə Horadizdən Zəngilana müvəqqəti olaraq avtomobil yolu da çəkilib. Dəmir yolunun tikintisinin isə proqnozlara görə iki ilə başa çatdırmaq mümkün olacaq. Lakin bu layihələr tam reallaşana qədər Azərbaycandan Ermənistan və Naxçıvan ərazisi ilə Türkiyəyə və əks istiqamətə ilk yüklərin göndərilməsi də planlaşdırılır. Beləliklə, uzun illərdir Ermənistan tərəfindən blokadaya alınmış Naxçıvanla nəqliyyat əlaqələri bərpa olunacaq.

Ərazidəki qızıl və mərmər yataqları Zəngilanın inkişafına əlavə təkan verəcək amillərdir.

Yolboyu gördüyümüz acı mənzərələr ürəyimizi ağrıtsa da, azad olunmuş bu qədim yurd yerlərimizin qısa müddətdə inkişaf etdirilməsi ilə bağlı gələcək planlar bizə təskinlik verir. Zəngilanlılar tezliklə yurdlarına qayıdaraq bu işlərdə onların da töhfəsinin olmasını arzulayırlar. O gün elə də uzaqda deyil...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bürünc medalçı: Gələcəkdə qızıl medal qazanmaq üçün çalışacağam

“Berliner Zeitung”: Azərbaycanın dini tolerantlıq modeli İslam dünyası üçün ümid işığıdır

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal əldə edib

Finlandiya Avropa İttifaqında işsizlik səviyyəsinə görə yenidən ilk sırada qərarlaşıb

Çexiyada təyyarələrin uçuş-enmə zolağında toqquşma riskini azaldan yeni sistem hazırlanıb

Tramp prezidentlik müddəti başa çatanadək Kubada hakimiyyətin dəyişəcəyini düşünür

İKTA sentyabr üçün regionlar üzrə internet sürətini açıqlayıb

İran Hörmüz boğazının açılması planının icra müddətini iki günə endirməyə razılaşıb

Tramp Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşmaya yaxın olduqlarını bildirib

İran müharibə ehtimalını istisna etmir

İran XİN rəhbəri ABŞ ilə münaqişənin nizamlanması üçün şərtləri açıqlayıb

Ukrayna Prezidenti İstanbulda səfərdədir

Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən dünya çempionatında bürünc medal qazanıb

Britaniyalı rəqqaslar: Bakı festivalı yarışdan daha çox beynəlxalq rəqs bayramını xatırladır

Ukrayna Rostov vilayətində raket yanacağı istehsal edən müəssisəni vurub

“Al Arabiya”: İran ABŞ-nin təkliflərini müzakirə etmək üçün Qətərə nümayəndə heyəti göndərib

Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir ŞƏRH

Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO

Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO

Azərbaycan Premyer Liqası: “Araz-Naxçıvan” - “Zirə” oyununda qalib müəyyənləşməyib

Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” başlayıb VİDEO

Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” başlayıb VİDEO

Azərbaycan Feridun Sinirlioğlunun BMT Baş katibliyinə namizədliyini alqışlayır

Seul, Vaşinqton və Tokio Şimali Koreyanın tam nüvəsizləşdirilməsini tələb edir

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq

Siyasi şərhçi: Milli suverenliyin qorunması güclü dövlətçiliyin əsas şərtidir

Əsrə bərabər 35 il

Sabah rayonlarda hava əsasən yağmursuz olacaq

Kamran Musayev: Ötən bir ildə 4 xəstəyə ürək transplantasiyası əməliyyatı icra etmişik

Yeganə Abbasova: Bu günə qədər 85 meyit donordan orqan köçürülüb

Azərbaycanda “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Qərbi Azərbaycandan olan Nəcəfovlar ailəsinin evliliklərinin 50 illiyi qeyd olunub

Pedaqoji Universitet NASCO29-da təmsil olunub

Fransada ötən il 927 evsiz insan həyatını itirib, onlardan 20-si uşaqdır

Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinal görüşünə çıxacaq

Zelenski Kiyevdə və Dneprdə enerji böhranından danışıb

Arsen Venger: FIFA U-15 hamı tərəfindən sevilib və hər kəs onun yenidən keçirilməsini istəyir

NDU ilə ADNSU arasında əməkdaşlıq memorandumu imzalanıb

İnfantino: Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı FIFA-nın son 120 ildə həyata keçirdiyi ən uğurlu layihədir

Fransada 31 oktyabr etirazları: CGT nümayişçiləri Parisdə icazə verilən marşruta qoşulmağa çağırır

Yaxın vaxtlarda Moskva-Bakı marşrutu üzrə kruiz gəmisinin istifadəyə verilməsi planlaşdırılır

Türk Xəbər Agentlikləri Alyansının fotomüsabiqəsinin qalibləri müəyyənləşib

Botanika İnstitutu Qarabağ florasının elmi tədqiqi və rəqəmsallaşdırılması istiqamətində araşdırmalar aparıb

Nadir Zeynalov: Transplantasiya multiinstitusional yanaşma tələb edir

Milli Məclisin komitə sədri: Səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisində artım müşahidə olunur

Kamran Musayev: Hazırda 50-dən çox xəstə ürək transplantasiyası üçün gözləyir

Hazırda Azərbaycanda 1500-dən çox xəstə orqan gözləyir

Parisdə 31 oktyabr aksiyasının marşrutu dəyişdirilib: Dövlət Şurası polis prefekturasının qərarını qüvvədə saxlayıb

Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Kiyevdə əhaliyə ağır elektrik kəsintiləri qrafiki tətbiq edilir

İğdırda Azərbaycanın Vətən müharibəsindəki Zəfər Günü qeyd olunacaq

2030-cu ilədək Azərbaycanda butik şərabçılıq müəssisələrinin sayı 4 dəfə artırılacaq VİDEO

2030-cu ilədək Azərbaycanda butik şərabçılıq müəssisələrinin sayı 4 dəfə artırılacaq VİDEO

Qazaxıstan sərhədçiləri bu ay Xəzərdə 126 qanun pozucusunu və 44 kiçikölçülü gəmini saxlayıblar

Domen Krapej: Azərbaycan mədəniyyət və rəqs dünyası ilə tanış olmaq üçün gözəl ölkədir

“Qələmdən – notlara: uşaq mahnıları” adlı konsert

Əhliman Əmiraslanov: Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb VİDEO

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb VİDEO

Əziz Əliyevin 130 illik yubileyi Gəncədə qeyd edilib VİDEO

Əziz Əliyevin 130 illik yubileyi Gəncədə qeyd edilib VİDEO

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır VİDEO

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır VİDEO

Azərbaycan Premyer Liqası: “Qəbələ” bu gün “Qarabağ”ı qəbul edəcək

ABŞ-də qazma qurğularının sayı artıb

Stokholmda Zəfər Gününə həsr edilmiş konsert keçirilib VİDEO

Stokholmda Zəfər Gününə həsr edilmiş konsert keçirilib VİDEO

Rezidentlik sertifikatı necə alınır?

Ali Məhkəmənin Plenumunda bir sıra qərarlar qəbul olunub

Rəssam Anar Şəmsi “Barama” əsərində sığınacaq, yaddaş və irs anlayışlarını əks etdirib

AFFA futbol klubları ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Qarabağ Dirçəliş Fondu QHT-lər üçün qrant müsabiqələrinə dair infosessiyada iştirak edib

“Konsul leqallaşdırılması informasiya sistemi”nin yaradılması üzrə texniki işlərin 85 faizi tamamlanıb

Müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

Azərbaycançılıq ideyası milli birliyimizin və dövlətçiliyimizin əsasını təşkil edir - ŞƏRH

Mir Azər Abdullayev: “Yenidən bax” əsərim insanı təbiətə və ətraf aləmə yenidən nəzər salmağa çağırır

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib VİDEO

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 31 oktyabr

31 Oktyabr – Beynəlxalq Əmanət Günüdür

Rəşad Ələkbərov: Festival müasir incəsənətin müxtəlif istiqamətlərini bir araya gətirir

Vinita Aqraval: “Baku Art Weekend” Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq üçün geniş imkanlar yaradır

Türk qonaq: “Art Weekend” festivalı çox yüksək səviyyədə təşkil olunub

Latviyalı rəssam: Azərbaycanın çox peşəkar rəssamları var

Azərbaycançılıq ideologiyası: Milli birliyin və həmrəyliyin əsası - ŞƏRH

Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Gəncədə 18 min manatlıq qızıl-zinət əşyalarını oğurlayan şəxs saxlanılıb VİDEO

Gəncədə 18 min manatlıq qızıl-zinət əşyalarını oğurlayan şəxs saxlanılıb VİDEO

Masazırda mənzildə köməksiz vəziyyətdə qalan vətəndaş xilasedicilər tərəfindən çıxarılıb VİDEO

Masazırda mənzildə köməksiz vəziyyətdə qalan vətəndaş xilasedicilər tərəfindən çıxarılıb VİDEO

Qubadlıda ilk su elektrik stansiyası tikilir VİDEO

Qubadlıda ilk su elektrik stansiyası tikilir VİDEO

®  Azərbaycan yol mühəndisliyinin Avropadakı imzası – “Azvirt” VİDEO

® Azərbaycan yol mühəndisliyinin Avropadakı imzası – “Azvirt” VİDEO

“Axios”: Trampın İrana qarşı hərbi əməliyyatları bərpa etməsinə seçkilərin nəticələri təsir göstərə bilər

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Azərbaycan nefti 126 dollara satılır VİDEO

Azərbaycan nefti 126 dollara satılır VİDEO

“Bloomberg”: “Apple” yenidən dünyanın ən dəyərli şirkəti olub

Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır

Azərbaycanlı şagirdlər Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar

Hörmüz boğazı yaxınlığında daha bir neft tankerinə hücum edilib

Tramp: ABŞ Venesuela neftindən İran müharibəsinə xərclədiyindən 10 dəfə çox gəlir əldə edib

WSJ: İranın zərbələri ABŞ-nin Yaxın Şərqdəki bazalarına milyardlarla dollar ziyan vurub

Tramp: ABŞ İranla münaqişənin həllinə tələsmir

İsrail ordusu HƏMAS komandirini öldürdüyünü açıqlayıb

Şimali Koreya: Qərbin sanksiyaları ölkənin nüvə statusuna təsir göstərmir

Səbuhi Əhmədov: Sərgi Azərbaycan xalqının döyüş ruhunu əks etdirir

Heydər Əliyev Mərkəzində “Art Weekend”in rəsmi açılışı olub

Tramp: ABŞ hələlik Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaları ləğv etmir

Tovuzda avtomobil qəzaya uğrayıb, xəsarət alanlar var VİDEO

Tovuzda avtomobil qəzaya uğrayıb, xəsarət alanlar var VİDEO

Rejissor: Teatr aktuallığını qorumaq istəyirsə, tamaşaçı ilə ünsiyyətin yeni formalarını axtarmalıdır