Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qobustan xalçaçıları: “Dövlətimizə nə qədər minnətdarlıq etsək, yenə də azdır”

Bakı, 17 may, AZƏRTAC

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin 2016-2018-ci illərdə respublikamızın bölgələrində açdığı filiallardan 10-u ötən il fəaliyyətə başlayıb. Səhmdar Cəmiyyətin Qobustan rayonundakı xalça istehsalı emalatxanasının binası Prezident İlham Əliyevin 21 fevral 2018-ci il tarixli Sərəncamına əsasən inşa edilib. Qobustan rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı, infrastrukturunun yaradılması qısa zaman ərzində başa çatdırılıb. 2018-ci ilin sonlarından bu filialda da xalça toxunmasına başlanılıb. Filial binası mayın 7-də Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib.

Ölkə rəhbəri “Azərxalça”nın növbəti filialının açılış mərasimində iştirakı ilə bu sahəyə nə qədər böyük önəm verdiyini bir daha nümayiş etdirib. Dövlətimizin başçısı açılış mərasimində ölkəmizdə xalçaçılığın inkişafı istiqamətində görülən işlərin əhəmiyyətindən, gələcəkdə bu sahədə həyata keçiriləcək tədbirlərdən danışaraq deyib: “Azərxalça" Açıq Səhmdar Cəmiyyəti üç il bundan əvvəl mənim Sərəncamımla yaradılmışdır. Qarşıya vəzifə qoyulmuşdur ki, ölkəmizin bütün bölgələrində müasir xalça fabrikləri yaradılsın və bu istiqamətdə çox böyük işlər görülüb. Artıq 20 fabrik hazırdır. Ümumiyyətlə, 31 xalça fabrikinin yaradılması nəzərdə tutulur. Hesab edirəm ki, növbəti bir-iki il ərzində qalan fabriklər də istifadəyə veriləcək və beləliklə, Azərbaycan öz qədim sənətini yaşatmaq istiqamətində çox önəmli addım atmış olacaq. Qobustan fabrikində 150 iş yeri yaradılıb. İşçilərin də mütləq əksəriyyəti qadınlardır. Bu, qadınlar üçün dövlət tərəfindən atılan çox böyük addımdır. Çünki qadınların iş yerləri ilə təmin olunması prosesi xüsusi əhəmiyyət daşıyır. Burada ən müasir avadanlıqlar quraşdırılıb, bütün vasitələr var. Əminəm ki, bu fabrik çox uğurla fəaliyyət göstərəcək. Burada işləyənlər də razı qalacaqlar”.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, xalça istehsalı emalatxanasının kollektivi öz işini dövlət başçısının qarşıya qoyduğu vəzifələr, verdiyi tapşırıq və tövsiyələr əsasında qurmağa çalışır. Onlar hələ də Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Qobustan rayonuna səfərinin, “Azərxalça”nın filialının açılışında iştirakının, toxucularla görüşünün yaratdığı xoş təəssüratların təsiri altındadırlar.

Filialın direktoru Sevinc Haşımova deyir ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialının yaradılması ölkə rəhbərinin qobustanlı xalçaçılara ən böyük hədiyyəsidir. Peşə bayramımız ərəfəsində dövlətimizin başçısının və birinci xanımın filialın açılışında iştirak etməsi bizə ikiqat bayram sevinci bəxş edib.

Sevinc Haşımova bildirir ki, qısa müddət ərzində burada 100 kvadratmetrdən çox xalça toxunub. Emalatxanaya müraciət edənlərin sayı hər gün artır. Filialda işləmək üçün müraciət edənlər tədris-hazırlıq kursuna cəlb olunur. Kursu müvəffəqiyyətlə bitirənlərə sertifikat verilərək onlar filialda daimi işlə təmin edilirlər.

Qeyd edək ki, Qobustandakı emalatxanada əsasən Şirvan qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir. Qobustan qədim tarixi-coğrafi ərazi olan Şirvanda yerləşir. Tarixən burada orijinal çeşnili Şirvan xalçaları toxunub. Şirvan Azərbaycandan keçən nəhəng ticarət yollarının üstündə yerləşdiyindən bölgədə toxunan xalçalar ixracat məhsulları kimi Şərq ölkələrinə və Avropaya daşınıb. Orta əsrlərdə Azərbaycanda olmuş Avropa səyyahları, tacirlər öz səyahətnamələrində bu ərazi, Şirvanda toxunan xalçalar haqqında qiymətli məlumatlar veriblər. Qobustanın demək olar ki, bütün yaşayış məntəqələrində, xüsusən Çalov, Cəyirli, Nabur, Sündi, Udulu, Paşalı kəndlərində və indiki Qobustan şəhərində (Mərəzə) xalçaçılıq geniş yayılıb. Qobustandakı xalça istehsalı emalatxanasında çalışanların əksəriyyəti məhz bu yaşayış məntəqələrinin sakinləridir. Toxucular bölgənin qədim xalçaçılıq ənənələrinin yaşadılması üçün səylə çalışır, keyfiyyətli xalçalar toxuyurlar.

“Azərxalça”nın digər filialları kimi, burada da 150 toxucunun, 14 inzibati-təsərrüfat işçisinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılıb.

“Mənim yaşadığım Qobustan şəhərində, dədə-baba yurdumuz olan Çalov və Cəyirli kəndlərində həmişə gözəl xalçalar toxunub. Son vaxtlar xalçaçılığa marağın azalması bu sənətin az qala unudulmasına gətirib çıxarmışdı. Qobustan şəhərində xalça fabrikinin yaradılması qədim el sənətimizi özümüzə qaytardı. Burada təşkil olunan kursda bizimlə bərabər onlarla gənc xalça toxumağı öyrənib. Bu da o deməkdir ki, xalçaçılıq yaşadılacaq, gələcək nəsillərə ötürüləcək”, -deyə toxucu Şövkət Cəfərova söyləyir.

O, xalçaçılığa göstərdiyi böyük qayğıya, Qobustanda xalça fabriki yaradıb onları iş yerləri ilə təmin etdiyinə görə ölkə rəhbərinə dərin minnətdarlığını bildirir.

Bizim xalçaçılıq tariximiz kəndlərimizlə yaşıddır. Xalça bizim bəzəyimiz, ruzi-bərəkətimizdir. Bir şirvanlı üçün xalça toxumaq müqəddəs missiyadır.

Qobustan filialında çalışan hansı toxucudan xalça barədə soruşulsa, belə fikirlər səsləndirir. Toxucu Zahidə Eyyubova da ömrünü bu sənətə bağlayanlardandir. Bildirir ki, 30 ildən çoxdur, bu sənətlə məşğul olur. Xalçaçılığa indiki qədər qayğı göstərildiyinin şahidi olmayıb: “Prezidentimiz nənələrimizdən miras qalan xalçaçılıq sənətini bizə yenidən bəxş edib. Prezidentimizin və birinci xanımın filialımızın açılışında iştirakı, toxucularla görüşü, qayğı və problemlərimizlə maraqlanması bizi bu qədim sənətə daha sıx tellərlə bağlayıb. Biz bilirik ki, Azərbaycan xalçaçılarının İlham Əliyev və Mehriban xanım Əliyeva kimi himayədarı və qayğıkeşi vardır”.

Toxucu Əsarə Abdulrəhimova da onlar üçün yaradılan şəraitdən razılıqla və minnətdarlıqla danışır: “Toxucular üçün burada çox gözəl şərait yaradılıb. Toxuduğumuz xalçaları işıqlı emalatxana binasında ərsəyə gətiririk. Bizim rahatlığımız üçün hər şey nəzərə alınıb. Emalatxanaya rahat gəlib-getməyimiz üçün nəqliyyat vasitəsi ayrılıb. Burada bizim sağlamlığımızın qeydinə də qalınıb. Filialda yaradılan tibb otağı lazımi avadanlıq və dərman vasitələri ilə təmin olunub. Bütün bunlara görə dövlətimizə nə qədər minnətdarlıq etsək, yenə də azdır”.

Filialın kollektivi keyfiyyətli məhsul istehsalı üçün səylə çalışır. Onlar bilir ki, toxuduqları xalçalar “Azərbaycan brendi” adı altında ixrac olunur. Kollektiv onu da bilir ki, Azərbaycan xalçaları tarixən bütün dünyada öz keyfiyyəti ilə seçilib və yüksək qiymətləndirilib. Bir neçə əsr bundan əvvəl toxunan Şirvan xalçaları bu gün ABŞ-ın Boston İncəsənət, Kanadanın Tekstil muzeylərinin ən dəyərli eksponatlarındandır. Deməli, Azərbaycan xalçalarının şöhrətini qoruyub saxlamaq və daha da ucaltmaq üçün yaxşı işləmək, keyfiyyətli xalçalar toxumaq lazımdır. Qobustan filialının kollektivi belə fikirdədir və öz işini məhz bu istiqamətdə qurub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO