Quba sakinindən qurudulmuş marixuana aşkarlanaraq götürülüb
Quba, 2 fevral, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, saxlanılan rayon sakini Vaqif Əhmədovun üzərinə baxış zamanı bir ədəd sellofan torbada təmiz çəkisi 160 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı V.Əhmədov narkotik vasitəni çay kənarından tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirib.
Faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:54]
Culfada ictimai-iaşə obyektinin fəaliyyəti dayandırılıb
- 10.06.2026 [17:18]
Hacıqabulda açıq ərazidə yanğın başlayıb
- 10.06.2026 [16:19]
Masallıda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb
- 10.06.2026 [15:53]