Qubada çətənə yetişdirən şəxs saxlanılıb VİDEO
Quba, 5 avqust, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində Birinci Nügədi kənd sakini Fariz Ağayevi saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxsin evinə baxış zamanı qurudulmuş marixuana və əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisinin toxumları aşkar edilərək götürülüb.
F.Ağayevin həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qaydada qulluq olunan 42 ədəd çətənə kolu aşkar edilib.
Faktla bağlı istintaq aparılır.