Qurban bayramı ilə əlaqədar Beyləqanda aztəminatlı ailələrə bayram sovqatları paylanılıb
Beyləqan, 30 iyul, AZƏRTAC
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları Qurban bayramı münasibətilə rayon ərazisində şəhid olmuş əsgərlərimizin ailə üzvlərinə, eləcə də aztəminatlı ailələrə bayram sovqatları paylayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları ailələri ziyarət edib, onlara bayram münasibətilə təbriklərini çatdıraraq müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları paylayıblar. Polis əməkdaşları, həmçinin hər bir sakinlə koronavirus pandemiyasının yarada biləcəyi təhlükələr barədə profilaktiki söhbətlər aparıb, sağlamlıqlarına biganə qalmamağı tövsiyə ediblər. Sakinlər də göstərilən bu diqqət və qayğıya görə asayiş keşikçilərinə minnətdarlıqlarını bildiriblər.