QURULTAYQABAĞI NÖVBƏTİ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Azərbaycan yazıçılarının XI qurultayı qarşısında keçirilən tədbiri Birliyin sədri, Mlli Məclisin deputatı Anar açaraq, son 5 ildə poeziyamızın vəziyyətindən danışmışdır. XX əsrin 90-cı illərinin əvvəlində Azərbaycan poeziyasındakı durğunluğu Qarabağ müharibəsinin qızışması, ölkəmizdəki qeyri-sabit ictimai vəziyyətlə əlaqələndirən natiq demişdir ki, ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi, ədəbiyyatımızda da müsbət mənada köklü dəyişikliklər yaratmışdır.
Sonra tənqidçi Əsəd Cahangirin “Azərbaycan ədəbiyyatında son 5 ildə poeziya” mövzusunda məruzəsi dinlənilmişdir. Bu müddətdə bir çox yaradıcılıq qurumlarının meydana gəlməsini müsbət hal kimi qiymətləndirən tənqidçi ədəbiyyatımızın inkişafında və təbliğində bəzi mətbuat orqanlarının rolunu xüsusi nəzərə çarpdırmış, bu illər ərzində Prezident Heydər Əliyevin yazıçılara göstərdiyi diqqət və qayğıdan söz açmışdır.
Məruzə ətrafında çıxışlarda Bəxtiyar Bahabzadə, Qabil, Cabir Novruz, Nəbi Xəzri, Fikrət Qoca, Zəlimxan Yaqub, Tofiq Abdin, Ələkbər Salahzadə, Ədalət Əsgəroğlu və digər qələm sahiblərinin son dövrdəki yaradıcılığından danışmışlar.