QUSARDA ƏHALİNİN İÇMƏLİ SU İLƏ TƏCHİZATI YAXŞILAŞDIRILIR
Qusar rayonunda əhalinin içməli su ilə təchizatını yaxılaşdırmaq üçün tədbirlər görülür.
AZƏRTAC xəbər verir ki, Qusarçayın sol sahilindəki yaşayış massivi üçün nəzərdə tutulan suqəbuledici qurğunun və 1240 metrlik əsas su xəttinin tikintisi başa çatdırılmışdır. Qusar şəhərinin küçələrinə su xətlərinin çəkilməsi də bu günlərdə tamamlanacaqdır.
Rayonun 8 kəndində artezian quyularının qazılması nəzərdə tutulmuşdur.