QUŞÇULUQ MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 30-da Bakının “Təzə bazar” MMC, 6 nömrəli ticarət mərkəzi, Sabunçu və Badamdar qəsəbələrinin ərazilərində quşçuluq məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin və Quşçular Cəmiyyətinin birgə təşkil etdikləri yarmarkalar paytaxt əhalisinin bu məhsullara tələbatının daha dolğun ödənilməsi və qiymətlərin süni şəkildə artırılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilir.
“Təzə bazar” MMC-nin ərazisindəki yarmarkada alıcılara İmişli, Siyəzən, Hacıqabul, Xızı rayonlarının, Giləzi və digər quşçuluq müəssisələrinin məhsulları - toyuq əti, yumurta təklif olunurdu.
İmişli broyler fabrikinin işçisi Faiq Əhmədov satışa çıxardığı toyuq ətinin kiloqramını 2 manat 20-2 manat 60 qəpiyə, içalatı 2 manat 20 qəpiyə təklif edirdi. Giləzi quşçuluq şirkətindən Sabir Qarayev, Hacıqabul fabrikindən Əfrayıl İsmayılov, Goradil fabrikindən Rahib İgidov yumurtanın birini 11-12 qəpiyə satırdılar.
Alıcılar quş ətinin və yumurtanın bazar qiymətlərindən ucuz olduğunu razılıqla qeyd edirdilər.
İqtisadi İnkişaf Nazirliyi mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirdi ki, bu gün şəhərin yarmarkalarında satışa 20 ton toyuq əti və 500 minə yaxın yumurta çıxarılmışdır. Satış-yarmarkalar şənbə və bazar günləri də davam etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]