QUŞÇULUQ MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 3-də Bakının “Təzə bazar” MMC, 6 nömrəli ticarət mərkəzi, Keşlə, Sabunçu və Badamdar qəsəbələrinin ərazilərində quşçuluq məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin və Quşçular Cəmiyyətinin birgə təşkil etdikləri yarmarkaların məqsədi paytaxt əhalisinin bu məhsullara tələbatını daha dolğun ödəmək və qiymətlərin süni şəkildə artırılmasının qarşısını almaqdır.
Giləzi quşçuluq fabrikinin işçisi Sabir Qarayev “Təzə bazar” MMC-nin ərazisindəki quşçuluq yarmarkasına gətirdiyi 3 mindən çox yumurtanın 1 ədədini 10 qəpiyə satdığını bildirdi. Hacıqabul quşçuluq fabrikinin işçisi İlqar Nağdalıyev yarmarkaya hər həftə yumurta gətirdiyini dedi.
Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev demişdir ki, həmin gün şəhərin yarmarkalarında satışa 5 ton toyuq əti və 500 minə yaxın yumurta çıxarılmışdır. Satış yarmarkaları şənbə və bazar günləri də davam etdiriləcəkdir. Alıcılar məhsulların keyfiyyətli, qiymətlərin bazardakından ucuz olduğunu bildirir, yarmarkanın təşkilatçılarına minnətdarlıq edirdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:28]
BEOC-da transformasiya və texnoloji yeniliklər təqdim olunub
- 19.06.2026 [12:10]
Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – STATİSTİKA
- 19.06.2026 [11:40]
Gömrük sistemində islahatlar: Məcəllədə hansı dəyişikliklər edilir?
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]