İQTİSADİYYAT
Rabitə sahəsində kredit qoyuluşlarının həcmi artıb
Bu barədə Mərkəzi Bankın (MB) “Kredit qoyuluşlarının sahələr üzrə strukturu” adlı statistik göstəricilərində məlumat verilib.
MB-nıin açıqladığı statistikaya görə, sözügedən müddətdə “Nəqliyyat və rabitə”də kredit qoyuluşları 72,7 milyon manat artaraq 578,7 milyon manata çatıb. Bundan əlavə, “Ticarət və xidmət” sektorunda 238,9 milyon manat artaraq 2 milyard 458.8 milyon manat, “Sənaye və istehsal”da 478,4 milyon manat artaraq 1 milyard 994,8 milyon manat olub.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında real sektora kredit qoyuluşu 10,4 faiz artaraq 15 milyard 422.9 milyon manatdan 17 milyard 34 milyon manata yüksəlib.
Real sektora kredit qoyuluşunun 6 milyard 986,1 milyon manatını ev təsərrüfatlarına verilmiş kreditlər, o cümlədən 999,6 milyon manatını daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilmiş kreditlər təşkil edib.