Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ikinci “Qaynar xətt” istifadəyə vermişdir
Bakı, 23 iyun (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətinin daha da artırılması məqsədi ilə ikinci “Qaynar xətt” istifadəyə vermişdir.
Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov məlumat vermişdir. İkinci “Qaynar xətt” mətbuat xidmətində yaradılmışdır. Məqsəd vətəndaşların informasiya və telekommunikasiya xidmətlərində, o cümlədən poçt, radio və televiziya xidmətlərindən istifadə zamanı yarana biləcək hər hansı problem və nöqsanların vaxtında aradan qaldırılması, operativ tədbirlərin həyata keçirilməsi, vətəndaşlarla RİTN arasında birbaşa ünsiyyətin yaradılmasıdır. Vətəndaşlar “Qaynar xətt”ə zəng edib iradlarla yanaşı, həmçinin fikir və təkliflərini də bildirə bilərlər.
Qeyd edək ki, ikinci “Qaynar xətt”ə müraciət və təkliflər hər həftənin birinci günündən beşinci gününədək saat 09.00-dan 18.00-dək 598-08-69 telefon nömrəsi ilə qəbul olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.05.2026 [20:16]
Məhsuldarlıq, ixrac və müasir yanaşmalar ön planda VİDEO
- 28.05.2026 [14:58]
Bakıdan bölgələrə iki gün ərzində 20 minə yaxın sərnişin daşınıb
- 28.05.2026 [13:47]
Həssas enerji birjalarının hər hansı bəyanata reaksiyası gecikmir
- 28.05.2026 [12:05]
Romada “SOCAR İtaliya” şirkətinin rəsmi təqdimatı olub
- 28.05.2026 [09:57]
Dünya bazarında qızıl 64 dollar ucuzlaşıb
- 28.05.2026 [09:54]
Dünya birjalarında neft bahalaşıb
- 28.05.2026 [09:34]