Rauf Məmmədov Avropa çempionatında Azərbaycan şahmatçıları arasında lövhələr üzrə ən yaxşı nəticə göstərmişdir
Bakı, 18 noyabr (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığma komandası şahmat üzrə Avropanın Varşavada başa çatmış komanda çempionatının qalibi olmuşdur.
Azərbaycan komandası ümumən 14 xal toplamışdır. Fransa, Rusiya və Ermənistan komandaları Polşanın paytaxtında öz çıxışlarını 13 xalla bitirmişlər. Əlavə göstəricilər üzrə ermənilər mükafat ala bilməmişlər.
Qadınların turnirində Ukraynanın yığma komandası vaxtından əvvəl qələbə qazanaraq Avropa çempionu olmuşdur. Axırıncıdan əvvəlki turda Ukrayna komandası 3:1 hesabı ilə Ermənistan yığmasına qalib gəlmişdir. Beləliklə, ukraynalı qızlar ümumi hesabda 15 xal toplayaraq Polşa və Rusiya yığmalarını (12 xal) arxada qoymuşlar. Azərbaycanın qadın yığma komandası 17-ci yeri tutmuşdur.
Lövhələr üzrə Azərbaycan şahmatçılarının nəticələri belədir: kişilər - Şəhriyar Məmmədyarov - 4,5 (8), Teymur Rəcəbov - 5 (8), Eltac Səfərli - 2,5 (6), Rauf Məmmədov - 5,5 (8), Qədir Hüseynov - 4 (6); qadınlar - Zeynəb Məmmədyarova - 4 (9), Nərgiz Umudova - 3,5 (6), Türkan Məmmədyarova - 3,5 (7), Xəyalə Abdulla - 3 (6), Gülnar Məmmədova - 3 (8).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq
- 15.06.2026 [13:14]
Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb
- 15.06.2026 [13:09]