Rayonlararası qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan mikroavtobuslar aşkarlanıb
Bakı, 28 dekabr, AZƏRTAC
Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq olunduğu şəhər və rayonların giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda nəzarət-profilaktiki yoxlamaları davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 26-da Bakı-Qazax yolunun 65-ci kilometrliyində karantin rejimi ilə əlaqədar qurulmuş postda Ucar rayon sakini S.Rəhimovun, Tərtər rayon sakini E.Qurbanovun və Tovuz rayon sakini Ə.Məmmədhəsənovun idarə etdikləri “Mercedes” markalı üç mikroavtobus saxlanılıb.
Araşdırmalarla onların rayonlararası qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaları müəyyənləşdirilib.
Hər üç sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokollar tərtib edilib.