“Real Madrid” La Liqada hakim qərarlarından ən çox faydalanan klub seçilib
Bakı, 22 iyul, AZƏRTAC
Futbol üzrə İspaniya çempionatında cari 2019-2020-ci il mövsümü ilə bağlı araşdırma aparılıb.
AZƏRTAC La Liqanın saytına istinadla xəbər verir ki, hakimlərin idarəçilikləri və verdikləri qərarlarla bağlı statistika tutulub. Aparılan araşdırmada məlum olub ki, cərimələr, vərəqələr və digər göstəricilərdə cari mövsüm ərzində hakim qərarlarından ən çox faydalanan klub “Real Madrid” olub. İlk beşlikdə, həmçinin müvafiq olaraq “Atletiko”, “Selta”, “Sevilya” və “Vilyarreal” yer alıblar.
Mövsümü ikinci pillədə tamamlayan “Barselona” isə bu baxımdan 15-ci pillədə qərarlaşıb. Kataloniya təmsilçisi 1995-1996-cı il mövsümündən bəri birinci dəfə üç əsas göstəricidə (penalti, qırmızı vərəqə, sarı vərəqə) mənfi balansla çempionatı bitirib.
Qeyd edək ki, La Liqada cari mövsümdə 87 xal toplayan “Real Madrid” komandası çempion olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [11:56]
Azərbaycan millisinin futbolçusu karyerasını Rumıniyada davam etdirəcək
- 17.06.2026 [11:41]
“Arsenal” və “Atletiko” hücumçuların mübadiləsi barədə razılığa gəliblər
- 17.06.2026 [10:46]
Azərbaycan paraatleti Tunis Qran-Prisində gümüş medal qazanıb
- 17.06.2026 [10:24]
Dünya çempionatı: Avstriya millisi İordaniyanı məğlub edib
- 17.06.2026 [10:19]
“Araz-Naxçıvan” daha bir futbolçusu ilə müqaviləni yeniləyib
- 17.06.2026 [04:18]
Dünya çempionatı: Norveç qələbə qazanıb
- 17.06.2026 [02:49]
Mbappe Fransa millisinin tarixində ən çox qol vuran futbolçu olub
Bu saata olan əsas xəbərlər
- [12:00]
İran xam neft ixracına başlayıb
- [11:45]
Nabran yolu nə vaxt açılacaq?
- [10:33]
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [23:43]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:48]