RƏCƏB TAYYİB ƏRDOĞAN AZƏRBAYCANA SƏFƏR EDƏCƏKDİR
Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və Orta Asiya departamentindən AZƏRTAC-ın müxbirinə verilən məlumata görə, yanvarın 7-də Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri planlaşdırılmışdır.
Departamentin müdiri vəzifəsini icra edən Ərdəm Tezgör Ankaradakı diplomatlarımızla görüşmüşdür. O, iki dost və qardaş ölkə arasındakı münasibətləri yüksək qiymətləndirmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi prosesində Türkiyənin Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini və bu xəttin bundan sonra da əzmlə davam etdiriləcəyini xüsusi vurğulamışdır.
Türkiyənin müxalifət partiyaları da bu səfərin əhəmiyyətinə diqqəti cəlb edirlər. Bəlkə də ilk dəfədir ki, hələ başlanmayan bir səfər ölkə ictimaiyyətinin bu qədər dəstəyini almışdır.
Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana bəslədiyi hisslər də Türkiyə ictimaiyyətinə yaxşı məlumdur. Cənab Rəcəb Tayyib Ərdoğan hələ İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri işlədiyi zaman İstanbulda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsinin əsas təşəbbüskarı olmuş, bu tədbirin açılışı mərasimində çıxış etmiş, ədəbiyyatımıza və incəsənətimizə olan sevgisini bildirmişdir.
Ümidvarıq ki, dost və qardaş ölkədə iqtidarda olan Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri Türkiyə və Azərbaycan arasındakı münasibətlərin inkişafında yeni üfuqlər açacaqdır.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]