Regionlarda miqrasiya məsələləri üzrə səyyar xidmətlər təşkil olunub
Bakı, 2 iyun, AZƏRTAC
Gəncə, Yevlax və Ağsu regional miqrasiya idarələri tərəfindən sağlamlıq imkanları məhdud, eləcə də həssas qrupa daxil olan şəxslərə yaşadıqları ünvanlarda səyyar xidmət göstərilib.
Dövlət Miqrasiya Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, səyyar xidmətlər zamanı şəxslərdən müvafiq icazə vəsiqələrinin alınması ilə bağlı tələb olunan sənədlər qəbul edilərək icraata götürülüb.