“Rəngli əllər - asudə vaxtın səmərəli təşkili” layihəsi çərçivəsində ustad dərsləri davam edir
Bakı, 5 avqust, AZƏRTAC
“Davam” Gənclər Hərəkatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun və “ArtColab” rəssamlıq kursunun dəstəyi ilə həyata keçirilən “Rəngli əllər - asudə vaxtın səmərəli təşkili” layihəsi çərçivəsində ustad dərsləri davam edir.
Hərəkatdan AZƏRTAC-a bildiriblər ki, rəssam Casiyət Abdullayeva tərəfindən “ArtColab” rəssamlıq kursunda karantin qaydalarına əməl olunaraq keçirilən ustad dərsləri zamanı gənclər kətan üzərində yağlı boya ilə rəsmlər çəkərək həvəskar yaradıcılıq qabiliyyətlərini göstəriblər. Qısa müddət ərzində yüzə yaxın gənc layihədən yararlanıb.
“Rəngli əllər - asudə vaxtın səmərəli təşkili” layihəsi “Davam” Gənclər Hərəkatı ilə Azərbaycan Respublikasının Gənclər Fondunun birgə həyata keçirdiyi “Gənclərin davamlı inkişaf proqramı” çərçivəsində reallaşdırılır.