Rəşad Məcid “Məşhurlarla görüş” layihəsinin qonağı olub
Bakı, 26 yanvar, AZƏRTAC
Yanvarın 26-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon MKS-nin 1 saylı filialında “Məşhurlarla görüş” layihəsi çərçivəsində yazıçı, jurnalist, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə kitabxananın direktoru Gülşən Abbasova tanınmış şair-publisist haqqında ətraflı məlumat verib. Bildirilib ki, Rəşad Məcid ictimai xadim, jurnalist fəaliyyəti ilə yanaşı, yazıçı kimi də tanınır. O, “Hələ ki vaxt var”, “10 sentyabr”, “Dəlicəsinə”, “Çiyələk qadın”, “Bir də gəlməyəcək...”, “Cığıraçan” kimi bir çox kitabların müəllifidir. Onun bir çox şerlərinə musiqi bəstələnib.
Tədbirdə fəal oxucuların ifasında şairin şerləri səsləndirilib.
Sonda Rəşad Məcid yeni şeirlərini oxuyub və iştirakçıların suallarını cavablandırıb.