RƏSMİ BERLİN GÜRCÜSTANIN NATO-YA DAXİL OLMAQ İSTƏYİNİ DƏSTƏKLƏYİR
AZƏRTAC Almaniya KİV-lərinə istinadla xəbər verir ki, Almaniyanın federal kansleri Angela Merkel Gürcüstana səfəri zamanı bu ölkənin NATO-ya daxil olmaq istəyini dəstəkləmişdir.
A.Merkel Tbilisidə demişdir: “Əgər Gürcüstan NATO-ya daxil olmaq istəyirsə, - biz isə bilirik ki, o, istəyir,- deməli, daxil olacaqdır”. Rəsmi Berlinin bu bəyanatı Almaniyanın həmin məsələ ilə bağlı mövqeyinin dəyişdiyini göstərir.
Bundan əvvəl AFR və Fransa Gürcüstanın Şimali Atlantika blokuna tələsik qəbul edilməsinin əleyhinə çıxmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]