Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb
Bakı, 10 yanvar, AZƏRTAC
Dekabrın 24-də keçirilən respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, şagirdlər www.portal.edu.az saytındakı şəxsi kabinetləri və ya təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə nəticələrlə tanış ola bilərlər.
Nəticələrlə bağlı ərizələr 3 iş günü ərzində qəbul edilir. Müraciətlər [email protected] elektron poçt ünvanına yazılı şəkildə göndərilməlidir.
Olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaratmaqdır.