RESPUBLİKA FƏNN OLİMPİADASININ QALİBLƏRİNƏ MÜKAFATLAR TƏQDİM OLUNMUŞDUR
Bu münasibətlə təşkil olunmuş tədbirdə təhsil naziri Misir Mərdanov çıxış edərək, təhsilimizə göstərilən dövlət qayğısından, elmin, təhsilin inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramlarından danışmış, şagirdlərin bilik və bacarıqlarının artırılmasında fənn olimpiadalarının xüsusi əhəmiyyət daşıdığını vurğulamışdır.
Qeyd edilmişdir ki, bu il ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 410 min 705 nəfər şagirddən fənn olimpiadasının rayon mərhələsinin 1-ci turunda 38 min 400, 2-ci turunda 8 min 560, respublika turunda isə 826 nəfər iştirak etmişdir. Onlardan 22 nəfəri I, 40-ı II, 60-ı III, 92-si isə IV yerlərə layiq görülmüşdür.
Olimpiadalarda qalib gəlmiş şagirdlərə Təhsil Nazirliyinin diplomları və mükafatlar təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]