RESPUBLİKANIN REGİONLARINDA VƏTƏNDAŞLARIN ŞƏXSİYYƏT VƏSİQƏSİ İLƏ TƏMİN OLUNMASI VƏZİYYƏTİ ÖYRƏNİLİR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, müvəkkil Elmira Süleymanova prezident seçkilərində seçicilərin daha fəal, mütəşəkkil iştirakının təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyi (DİN) ilə razılaşdırılmış cədvəl əsasında vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin olunması vəziyyətinin araşdırılması və təkmilləşdirilməsinə yönəlmiş birgə monitorinqlər keçirir.
Aparatın və DİN-nin əməkdaşları Bakının Nərimanov, Yasamal, Binəqədi, habelə respublikanın Ucar, Quba və Xaçmaz rayonlarında və kəndlərdə sorğular keçirmiş, vətəndaşlar yeni şəxsiyyət vəsiqələri almaq üçün rayon polis şöbələrinin pasport qeydiyyat bölmələrinə göndərilmişdir.
Pasport qeydiyyatı bölmələrinin əməkdaşları, icra hakimiyyəti başçılarının ərazi üzrə nümayəndələri, bələdiyyə sədrləri, sahə müvəkkilləri ilə görüşlər keçirilmiş, onlara vətəndaşların qeydiyyatı və siyahıya alınması ilə bağlı qanunvericiliyin tələbləri izah edilmişdir.
Monitorinqlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]