RƏSSAMIN FƏRDİ SƏRGİSİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda rəssam Məhəmmədəli Ələkbərovun fərdi sərgisi açılmışdır.
Birliyin sədri, xalq rəssamı Hüseynqulu Əliyev rəssamın 30 illik yaradıcılıq fəaliyyətinə həsr olunmuş tədbiri açaraq Məhəmmədəli Ələkbərovun əsərləri barədə danışmışdır. Qeyd edilmişdir ki, rəsamın son illərdə iştirak etdiyi 37 sərgidə 150-yə yaxın əsəri nümayiş etdirilmişdir. Postmodernizm üslubunda əsərlər yaradan Məhəmmədəli Ələkbərovun rəsmləri Türkiyə, Rusiya, ABŞ, İngiltərə, Fransa, Yaponiya, İsrail, İtaliya kimi ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası mədəniyyət və turizm nazirinin müavini Məhəmməd Həsənov, teatrşünas Cəlil Vəzirov və başqaları rəssamın yaradıcılığının məziyyətləri barədə danışmışlar.
Axırda tədbir iştirakçıları sərgiyə baxmışlar.