RƏSSAMIN YUBİLEY SƏRGİSİ AÇILMIŞDIR
Sərgidə əsərləri Bakıda və bir çox xarici ölkələrdəki muzey və şəxsi kolleksiyalarda saxlanılan rəssamın rəngkarlıq və qrafika janrında 80-nə yaxın təsviri sənət nümunəsi nümayiş olunur.
Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, əməkdar rəssamlar Ənvər Qarayev, Xanlar Əhmədov, Azərbaycan Yaradıcı Qadınlar Assosiasiyasının sədri Afaq Hüseynova və başqaları çıxış edərək rəssamın əsərlərinin bədii-estetik məziyyətlərindən danışmışlar.
S.İbrahimovun 1999-cu ildən 2004-cü ilədək qardaş Türkiyədə Akdeniz Universitetinin rəssamlıq fakültəsində müəllim kimi fəaliyyət göstərərək təsviri sənətin sirlərini gənclərə həvəslə öyrətdiyi diqqətə çatdırılmış, Rusiya, Almaniya, Polşa, Şri-Lanka, Türkiyə, Seneqal, Vyetnam və sair ölkələrdə beynəlxalq sərgilərin iştirakçısı olduğu vurğulanmışdır.
Rəssam yaradıcılığına göstərilən diqqət və qayğıya görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.