Azərbaycan Dövlət İnformasiya Agentliyi

Riçardas Lapaytis: Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq

Riçardas Lapaytis: Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq

Bakı, 23 sentyabr, Nigar Cəfərli, AZƏRTAC

Riçardas Lapaytis Qarabağ müharibəsi haqqında həqiqəti yaxından bilən, hadisələrin canlı şahidi olmuş xarici müxbirlərdən biridir. O, Laçın, Naxçıvan, Ağdamda qanlı döyüşlərin şahididir. Riçardasın fotokamerası Xocalı soyqırımının faciəli nəticələrini lentə alıb. Riçardas Lapaytis torpaqlarımızın işğalının 30 ili ərzində Azərbaycanın, məcburi köçkünlərin və qaçqınların yanında olub, onların arasında çoxlu dostları var. O, amansız müharibə haqqında həqiqətin carçısıdır. Riçardas deyir ki, o, həqiqəti bilir və onun canlı şahididir. Jurnalist qeyd edir ki, o, susa bilməzdi, çünki bu, şərin yanında olmaq deməkdir. Xocalı soyqırımından sonra Riçardas anladı ki, Qarabağ müharibəsinin ən dəhşətli səhifəsi - Xocalı haqqında film çəkməlidir. Onun “Sonsuz dəhliz” filmi əsl cəsarət nümunəsidir: “Bu, insanın mətanət örnəyi, Xocalı soyqırımı qurbanlarının xatirəsinə yandırılan şamdır. Çox ümidvaram ki, dəhlizin sonunda işıq görünəcək və ədalət zəfər çalacaq. Bu ədalət Azərbaycanın düşmənə sarsıdıcı zərbə endirdiyi və torpaqları azad edərək parlaq qələbə qazandığı dövrdə həqiqətən də zəfər çaldı. Bizim Riçardasla müsahibəmiz lokal xarakterli antiterror tədbirləri ərəfəsində oldu. Bu tədbirlər nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu qəti Qələbə qazandı. Uğurlu antiterror tədbirlərindən sonra Riçardas dərhal zəng etdi.

-Demək istəyirəm ki, əgər mən əvvəllər Qarabağda vəziyyətin necə olacağı, oradakı separatçılarla bağlı narahatlıq hissi keçirirdimsə, antiterror tədbirləri göstərdi ki, nəhayət, Qarabağ qayıtdı, qəti qələbə qazanıldı, 30 il ərzində günahsız azərbaycanlıların dəhşətli əzablara məruz qaldığı təmizləmə düşərgələrinə qon qoyuldu. Daşnakların günahsız insanların sümükləri və qanı üzərində “dövlət” qurmaqla bağlı bütün ideyaları puç oldu, etnik təmizləmələr dayandırıldı, işğal altında olan bütün ərazilərdəki barbarlıq aktları sona çatdı. Onlar Azərbaycanın tarix-mədəniyyət abidələri, müqəddəs məkanları ilə vəhşicəsinə davranıblar. Hər şey məhv edilib, bir vaxtlar çiçəklənən şəhər və kəndlərdə daşı-daş üstündə qoymayıblar. Ona görə də Qələbə münasibətilə Azərbaycan xalqını, xüsusən Prezident İlham Əliyevi səmimi qəlbdən təbrik edirəm. Məhz onun qəbul etdiyi müdrik qərarlar sayəsində bu şər maşını dayandırıldı. Nəhayət, dövlət içində qondarma “dövlət” də yox oldu, tarixi və beynəlxalq hüquq bərpa edildi. Azərbaycan torpağına çoxdan gözlənilən sülh gəldi. İndi bütün Kəlbəcər zonası açılacaq, Ağdam və digər yerlərin yaxınlığındakı blok-postlar ləğv ediləcək. Bu region inkişaf edəcək. Sülh şəraitində yaşamaq istəyən ermənilər isə, Azərbaycan bayrağı və Konstitusiyası altında Azərbaycanda yaşaya bilərlər. Bu Qələbə Azərbaycan tarixinə həmişəlik həkk olunacaq.

- Riçardas, bildiyiniz kimi, Prezidentin Sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Mənə məlumdur ki, siz bizim Ulu Öndərlə görüşərək ondan müsahibə almısınız. Bu görüş barədə danışmağınızı xahiş edərdim.

-O vaxt mən Litvanın “Respublika” qəzetinin xüsusi müxbiri idim. 1993-cü ildə Naxçıvan blokadada idi. Bu region haqqında informasiya az idi. Məndə həmin dövrün ən görkəmli şəxsiyyəti olan Heydər Əliyevdən müsahibə almaq və bununla yanaşı, Sədərək və Ordubada səfər etmək ideyası yarandı. Əsas məsələ Naxçıvana necə getmək idi. Təmsil etdiyim qəzet mənim ora gedə biləcəyimə şübhə edirdi. Xüsusi buraxılış vərəqəsi və o dövrdəki hakimiyyətin razılığı lazım idi. Sözün bütün mənalarında ağır zamanlar idi. Əlbəttə, mənim buraxılış vərəqəm yox idi. Naxçıvana isə möcüzə nəticəsində gedə bildim, məni təyyarəyə biletsiz mindirdilər.

Səfərimin ilk günü yerli telekanala müsahibə verdim. Ertəsi gün Heydər Əliyev özü məni qəbul etdi. Çoxlu suallardan ibarət siyahı tutmuşdum və müsahibə uzun çəkdi. İşıq yox idi. Masanın üzərində kerosin lampası vardı. Heydər Əlirza oğlu Azərbaycanda, elə Naxçıvanın özündə də baş verən hadisələrdən narahat idi. Blokada dəhşətli şeydir. Daha dəhşətlisi isə ölkənin ərazilərinin 20 faizini itirməsi və vətəndaş müharibəsi astanasında olması idi. Müsahibədən sonra Heydər Əliyev məndən nə lazım olduğunu soruşdu. Xahiş etdim ki, mənə sürücü və maşın versinlər, habelə qonaq evində qalmağa şərait yaratsınlar. Söylədim ki, Ordubada və Sədərəkə getmək istəyirəm. Mənim xahişim dərhal yerinə yetirildi. Heydər Əliyev unikal şəxsiyyət idi.

Bildirdim ki, istənilən vaxt qayıda bilərəm və əlbəttə, Naxçıvana gəlmək üçün yaradılan imkana görə təşəkkür etdim. O, çox gözəl başa düşürdü ki, məhz jurnalistlərə Naxçıvana getməyə imkan vermirlər. Görüş çox unikal idi və bütün həyatım boyu məndə silinməz izlər buraxdı!

-Siz bu il dəfələrlə Azərbaycana gəlmisiniz, işğaldan azad olunmuş ərazilərimizə səfərlər etmisiniz. Ermənistan-Azərbaycan münaqişəsinin, Xocalı soyqırımının şahidi olmuş hərbi jurnalist kimi, bu torpaqlarda olanda hansı hissləri keçirdiniz?

-Qürur və ədalətin təntənəsi hisslərini keçirdim. Axı azadlıq gününün gəlməsi üçün çoxlu canlar fəda edilib. Bu, təcavüzkarın üzərində qazanılmış Qələbə günüdür! Ermənistan bütün bu onilliklər ərzində Azərbaycana qarşı təcavüz siyasəti yürüdüb. Təcavüzkar ölkə çox vaxt yalan şüarlar səsləndirir, özünü Qərbin gözündə əzabkeş kimi təqdim edirdi. Əlbəttə, Ermənistanın arxasında böyük güclər dururdu. Mən heç vaxt şübhə etməmişəm ki, Azərbaycanın öz ərazilərini işğaldan azad edəcəyi gün gəlib çatacaq.

Bütün işğal dövründə mən dəfələrlə qaçqın düşərgələrində olmuşam. Könüllü qismində cəbhəyanı bölgələrə getmişəm. Mən bilirdim ki, milyon nəfər köçkün və qaçqın həmişəlik bu vəziyyətdə yaşaya bilməz və Azərbaycan ərazilərinin 20 faizi əbədi olaraq Ermənistanın işğalı altında qalmayacaq. Bu səbəbdən İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın qazandığı Qələbə tamamilə labüd idi. Hər bir azərbaycanlının doğma torpaqlarının 30 il ərzində işğal altında olması ilə bağlı qəlb ağrısı keçirdiyini nəzərə alsaq, burada tək bir sual meydana çıxırdı: ya Qarabağı azad etməli, ya da məhv olmalı. Ermənilərin barbarlığını, apokaliptik şər əməllərini gördükdə isə dəhşətə gəlirdim. Onların bu torpaqlara necə nifrət etdiyinin şahidi olmaq ağlasığmaz idi!!! Axı müqəddəs yerlərə necə əl qaldırmaq olar?

-Sentyabrın 27-də Qarabağda Vətən müharibəsinin başlanmasının ildönümüdür. Siz həmin gün Azərbaycanda idiniz?

-Sentyabrın 27-də mən Litvada idim. Amma 44 günlük müharibə günlərində ruhumla və qəlbimlə Azərbaycanın yanında olmuşam. Vətən müharibəsində mən Azərbaycan xalqının sıx birliyinin, onun ölkənin ali rəhbərliyinin ətrafında birləşdiyinin şahidi oldum. Bu, Azərbaycan Ordusunun, ayrı-ayrılıqda hər bir əsgərin qətiyyətinə misilsiz təsir göstərdi! Otuz il ərzində azərbaycanlılar o qədər yalanla üzləşib, habelə xəyanət və təxribatlar görüblər ki, nəticəsiz danışıqlar onları bezdirib. Bəşəriyyət tarixində 30 ildən sonra torpaqların qaytarılması üzrə faktlar çox azdır. Azərbaycan təkcə öz ordusunun müasir gücünü deyil, həmçinin yüksək humanistlik nümayiş etdirdi. İkinci Qarabağ müharibəsi təkcə Azərbaycanda deyil, həm də bütün regionda gələcək sülh quruculuğu üçün imkanlar yaratdı. Bu gün Azərbaycanın nüfuzu yüksək səviyyədədir. Mən həmişə demişəm və indi də təkrar edirəm ki, regiona sülh sabitlik Qarabağda bütün erməni quldur dəstələri yox olduqdan sonra gələcək. Buna qədər həm təxribatlar, həm insan tələfatı, xüsusən minaların partlaması nəticəsində onların həlak olması faktları da olacaq. Siz böyük addımlar atmısınız, lakin keçmiş düşmənə inanmaq hələ tezdir. Azərbaycana sayıqlıq arzulayıram və Azərbaycan əsgərinin qarşısında baş əyirəm! Onun sayəsində bu gün Qarabağ Azadlıq yolunda dayanıb.

-Baltik dövlətləri Azərbaycanın Vətən müharibəsində Qələbəsini necə qarşıladı?

-Yumşaq desək, reaksiya qəribə oldu. Hamı şok keçirdi. Sanki Minsk variantı, danışıq naminə danışıqlar aparılması hamını qane edirdi. Azərbaycan kəndlərinin mütəmadi atəşə məruz qalması, Şuşa həbsxanasında azərbaycanlı əsirlərin, itkin düşmüş 4 min azərbaycanlının taleyi heç kimi maraqlandırmırdı. Axı 30 il ərzində hamı Ermənistan rəhbərliyinin yalanlarına inanırdı. Onlar dünya ictimaiyyətini inandırırdı ki, bu hadisələrin qurbanı elə özləridir. Bu, əsl şok idi. Azərbaycan cəmi 44 gün ərzində öz tarixi torpaqlarını azad edə bildi. Bu, kiminə görə bir ərazidir, azərbaycanlılar üçün isə həyatlarının mənası olan Vətəndir! Bəli, Baltik ölkələri şoka düşmüşdü! Amma onlar Ermənistanın işğal etdiyi ərazilərdə törətdiyi vəhşilikləri bilsəydi, yəqin ki, şok daha güclü olardı. Təəssüf ki, bir çoxları hələ də ayılmayıb. Həqiqətin yanında olmaq, cəsur insanların işidir.

-Bu ilin iyulunda Şuşada Qlobal Media Forumu keçirildi. Siz onun iştirakçısı oldunuz. Bu tədbirdə ən çox yaddaqalan nə idi. Hansı görüşlər keçirdiniz?

-Forum ən yüksək səviyyədə keçdi. Onun işində 54 ölkədən media nümayəndələri, ən iri informasiya şirkətləri iştirak etdi. Bu, forumun miqyası və əhəmiyyətindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyevlə görüş mənim yaddaşımda həmişəlik qalacaq. Mən Qarabağın azad olunmasına, hər azərbaycanlıya qaytardığı Vətənə sevgi, şərəf və inam hissinə görə ona təşəkkür etdim. Azərbaycan Prezidentinin İkinci Qarabağ müharibəsindən əvvəl - Azərbaycan mətbuatının 145 illiyi günündə məni “Dostluq” ordeni ilə təltif etdiyinə görə ona sağ olun dedim. Şuşa daim mənim qəlbimdə olub və belə olaraq qalacaq. Bu şəhər muğamın vətəni, görkəmli Azərbaycan şairləri, musiqiçiləri və mütəfəkkirlərinin yurdu kimi mənim qəlbimi riqqətə gətirir.

-Azərbaycanda hamı sizi tanıyır və sevir. Xüsusən cəbhəyanı bölgələrin sakinləri. Orada sizin dostlarınız var. Onlarla görüşürsünüz?

-Bilirsiniz, keçmiş cəbhəyanı zonadan danışanda, mən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevə xüsusi təşəkkürümü çatdırıram. O, həmişə mənim jurnalist fəaliyyətimi, səfərlərimi dəstəkləyir. Tərtərdən olan İlqar Qasımova da təşəkkür edirəm. Onun sayəsində mən azərbaycanlı qaçqınların olduğu və ermənilərin hər gün atəşə tutduğu təhlükəli yerlərə gedirdim. Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynova da təşəkkürümü bildirirəm. Onun böyük köməyi olub. Tovuzda və Əlibəylidə olan dostlarıma da minnətdaram, Valeh Hüseynova və bir çox başqalarına sağ ol deyirəm. Axı mənim yolum İran sərhədindən Qazax rayonunadək uzanırdı. Yüzlərlə insan ermənilərin cinayətləri barədə, etnik təmizləmələr haqqında informasiya topalamağa kömək edirdi. Bu, ən çətin yol idi. Sakinlərin bir çoxu qaçqın düşərgələrində mənə eyni sualı verirdi: “Biz nə zaman evimizə qayıdacağıq? Bütün bunlara nə vaxt son qoyulacaq? Bir çox tanışlarım bu Qələbə gününədək yaşaya bilmədilər. İnanın ki, dünyanın yalana büründüyü bir şəraitdə həmin suala cavab vermək çətin idi. Amma mənə elə gəlir ki, insanlar ümidini itirməmişdi. İnanmaq üçün isə, sevmək lazımdır. Yalnız öz işini, missiyasını, yolunu sevərək insanların səni tanıyacağı nəticələr əldə etmək olar. Mən həmişə onlar üçün darıxmışam. Açıq deyə bilərəm ki, mənim sədaqətim möhkəmdir! Mən Xocalını görmüşəm. Bu gün isə həmin torpaqlara ədalətin gəldiyini görürəm!

-Bildiyiniz kimi, bu gün azad olunmuş ərazilərdə bərpa, abadlıq işləri aparılır. Siz bu işlərin gedişini necə qiymətləndirirsiniz?

-Azərbaycanın 30 il ərzində ermənilərin məhv etdiklərini bərpa etdiyini görməmək üçün kor olmaq lazımdır. Bir neçə rayonda tarix-mədəniyyət irsinin 90 faizinin də məhv edildiyi də nəzərə alınmalıdır. Tikinti işlərinin sürəti sadəcə heyranedicidir. Bu il bir çox rayonlarda məktəblər açılıb. Ağdam, Şuşa, Füzuli, Zəngilan, Laçında mürəkkəb rekonstruksiya işləri aparılır. Yeni yollar salınır və ilk köçkünlər evlərinə qayıdır. Əlbəttə, bu bizi sevindirir və öz əməyini əsirgəmədən bu işləri görənlərin hamısının qarşısında baş əyirəm. İkinci Qarabağ müharibəsində Qələbədən sonra bu, Azərbaycanın ən böyük nailiyyətdir.

-Azərbaycanın dostu kimi ölkəmizə nə arzulamaq istərdiniz?

-Məhəmməd Əmin Rəsulzadə deyib: “Bir kərə yüksələn bayraq, bir daha enməz!” Mən Azərbaycana bunu arzulayıram. Qoy inam, birlik və qəlbən yaxınlıq hər bir azərbaycanlının ürəyində yaşasın. Siz dəfələrlə sübut etdiniz ki, hətta ən mürəkkəb şəraitlərdə belə öz gələcəyinizi dəyişə bilərsiniz! Qoy Azərbaycanın parlaq gələcəyi olsun! İnanıram ki, Qarabağ çiçəklənən bağa çevriləcək! Azərbaycan Prezidentinin bu ilin mayında Vilnüsə səfərindən sonra bizim dövlətlərarası münasibətlərimizin də böyük gələcəyinə inanıram. Hər dəfə bu hisslərlə Azərbaycana gəlirəm. Mən sizin ölkənizi müasir Azərbaycanın tarixində ən ağır günlərdə sevdim. Bu sevgi əbədi olaraq qalacaq və düşünürəm ki, bununla hər şeyi söyləmiş oldum! Sadəcə xoşbəxt olun!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq

Azərbaycan-Yunanıstan biznes forumu baş tutub

Azizbek Omarkulov: CAMCA regionda iqtisadi əlaqələri genişləndirməyə kömək edir

Baş katib: Türk dövlətləri arasında müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığı təşviq etmək məqsədimizdir

Akademik Teymur Kərimli: Nizami Gəncəvi dünya mədəniyyəti irsinin varislərindən biridir

Qazaxıstan və Çin Xəzər regionu ilə beynəlxalq yük axınlarının genişləndirilməsini nəzərdən keçirib

Dünya Kuboku: Azərbaycanın 6 üzgüçüsu finala yüksəlib, Fatimə Alkərəmova yeni rekord müəyyənləşdirib

Türkiyə-Azərbaycan qardaşlığı xalqlarımızın tarixi və mənəvi birliyinə əsaslanır - ŞƏRH

“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər fiber-optik xəttinin bir aydan az müddətdə istifadəyə verilməsi gözlənilir

Şahin Mustafayev: Azərbaycan irsinin UNESCO siyahılarına daxil edilməsi üçün böyük imkanlar var

Prak Taveak Amida: Etibarlı media müxtəlif fikirlərin ifadə olunması üçün məkan yaradır

Sabah yağış yağacaq, külək güclənəcək

Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb

Rumıniyada Aİ-nin quruda ən böyük Günəş elektrik stansiyası layihəsi reallaşdırılacaq

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər

Türk Tarix Qurumu Azərbaycan aliminin ikicildlik əsərini çap edib

Salkın Sarnogoyeva: Media cəmiyyəti birləşdirən və mədəniyyətlərarası dialoqa rəvac verən vasitədir

Xəzər Boru Kəməri Konsorsiumunun Qara dənizdəki terminalından neft daşınması 4 milyon ton azalıb

ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır

Zaid Əl-Nəvayseh: “Deepfake” alətlərinin sürətlə inkişafı bu sahədə yeni çağırışlar meydana çıxarır

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Sofiyada nüvə energetikası, süni intellekt və kibertəhlükəsizliyə dair müzakirələr aparılır

Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub

Birləşmiş Ştatların neft ehtiyatları artır

Səadət Yusifova: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı beynəlxalq auditoriya üçün istinad mənbəyidir

Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir

Azərbaycan Basketbol Liqasında yeni maliyyələşdirmə modeli: Çempion 1,4 milyon manat mükafat qazanacaq

Hərbi ekspert: Azərbaycanın istehsal etdiyi silahlar bir çox ölkələrin ordularında uğurla istismar olunur

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır

Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb

Azərbaycanın rəqəmsal sosial müdafiə ekosistemi IESE platformasında işıqlandırılıb

Tbilisidə regionda ictimai nəqliyyatın inkişafı və şəhər nəqliyyatının təşkili məsələləri müzakirə edilib

Kobuljon Əhmədov: Media müasir dünyada dialoqun daha da möhkəmləndirilməsində vacib amildir

“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq

BDU əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olub

Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur

Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb

Seymur Fətəliyev: Azərbaycan irsi haqqında nəşrlərin ispan dilində hazırlanması böyük əhəmiyyət daşıyır

Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır

Vaqif Sadıqov: Ayxan Abbasov tək bu günü düşünmür, həm də gələcəyin komandasını qurur

Baş katib: TDT-yə üzv dövlətlərin müdafiə sənayesi sahəsində əməkdaşlıq etməsi xüsusi əhəmiyyət daşıyır

Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq

Elman Abdullayev: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı bələdçi rolunu oynayır.

Tbilisidə Orta Dəhlizlə bağlı müzakirələr aparılır

“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib

Azərbaycanın müharibədən sonra geosiyasət quruculuğu - TƏHLİL

Nazir: Məqsədimiz regional ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaqdır

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Ahıllar və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol matçı keçirilib

Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyəcək

Yunanıstan mediası: Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi diqqət mərkəzindədir

Agentlik: Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 210 nəfər yaşayır

Naxçıvanda 142 ümumtəhsil məktəbində 179 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb - FOTOLAR

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

“TEXNOFEST” festivalında məsafədən minatəmizləmə üzrə yerli sistemlər və robotlar təqdim edilib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilir YENİLƏNİB 2

İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi bu gündən fəaliyyətə başlayıb

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək

Sabiq nazir: Cənubi Qafqazın üç ölkəsi rəqabətqabiliyyətli sahələri müəyyənləşdirməlidir

ADEX Azərbaycanın müdafiə sənayesinin imkanlarını nümayiş etdirən strateji platformadır ŞƏRH

“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr

® Azərbaycan ilə Mərkəzi Baltik regionu arasında iqtisadi əməkdaşlığın yeni istiqamətləri “AZEXIM FORUM”da müzakirə olunub

Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb

Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib

Baş Prokurorluq: Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 3 VİDEO

Baş Prokurorluq: Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 3 VİDEO

Fərid Şəfiyev: Orta Dəhlizlə yanaşı, digər yeni bağlantıların formalaşması regionun tranzit əhəmiyyətini artırır

Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb

İcbari Sığorta Bürosu: VÖEN məlumatlarının əldə edilməsi üzrə bəzi xidmətlər müvəqqəti əlçatmaz ola bilər

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Sədaqət Qəhrəmanova: Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir

Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb

Ötən gün 56 cinayətin açılması təmin olunub

Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq

Neft Fondu “Brookfield” ilə investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır

Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Fərhad Məmmədov: Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur

Türk mütəxəssis: Azərbaycan bizim vətənimizdir, təcrübəmi buradakı voleybolçulara ötürmək istəyirəm - MÜSAHİBƏ

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb VİDEO

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb VİDEO

Mehmet Daniş: Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Sodyq Safoev: Mərkəzi Asiya regionu dünyada baş verən əsas proseslərin təsiri altındadır

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“ADEX 2026” sərgisində AzTU-nun innovativ layihələri nümayiş olunur

Türk nümayəndə: Azərbaycanın qazandığı Zəfərin ölkəmizin müdafiə sənayesində yeni texnologiyaların inkişafına böyük töhfəsi olub