Rumıniya mediası Biləsuvarda inşa olunan Günəş Elektrik Stansiyasından yazıb
Buxarest, 9 oktyabr, AZƏRTAC
Azərbaycanın Biləsuvar rayonunda inşa edilən 445 MVt gücündə Günəş Elektrik Stansiyasında ilk panel quraşdırılıb.
Rumıniyanın “Focus Energetic” nəşri bildirir ki, bu stansiya 1400 hektar ərazini əhatə edəcək və 943 mindən çox Günəş paneli quraşdırılması planlaşdırılır. Gücü 625-630 Vt təşkil edən Günəş panelləri mərhələli şəkildə əraziyə gətiriləcək. Stansiya 8131 ədəd təkoxlu izləmə sistemi ilə təchiz olunacaq.
Layihənin həyata keçirilməsində Çinin “JA Solar” şirkətinin texnologiyalarından istifadə ediləcək. Məqalədə qeyd olunub ki, stansiya gələn il fəaliyyətə başlayacaq.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.09.2026 [21:16]
Sürücülərin nəzərinə
- 19.09.2026 [20:22]
Dörd müntəzəm marşrutun hərəkəti müvəqqəti dəyişdirilir
- 19.09.2026 [10:11]
Nazir müavini: IT əmək bazarının tələb və təklifi arasında böyük fərq var
- 18.09.2026 [22:23]
Ceyhun Hacıbəyli küçəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
- 18.09.2026 [20:45]
® “Rabitəbank” 32-ci filialını Bakıxanovda açdı
Sürücülərin nəzərinə
- [21:16]
Bu saata olan əsas xəbərlər
- [20:00]
Dörd yaşında yarımçıq qalan ömür
- [12:08]
Bu saata olan əsas xəbərlər
- [12:00]