Rumıniyanın Baş nazirinin sabiq müavini: Hər bir itkin düşmüş şəxsin arxasında ailə dayanır
Bakı, 9 oktyabr, AZƏRTAC
Dünyada müharibələr, münaqişələr, zorla didərgin salınma halları baş verir və milyonlarla ailə bunu böyük ağrı ilə müşahidə edir. Bu hadisələr sərhəd tanımır. Təəssüf ki, məlumatlar da, hüquq sistemləri də çox vaxt natamam olur. Əgər biz beynəlxalq əməkdaşlıqdan faydalanmaq istəyiriksə, qorxmadan açıq danışmalıyıq.
AZƏRTAC xəbər verir ki, bunu oktyabrın 9-da Bakıda keçirilən “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransda Rumıniyanın Baş nazirinin sabiq müavini və ədliyyə naziri Ana Birçal deyib.
O bildirib ki, hər bir itkin düşmüş şəxsin arxasında bir ailə dayanır: “Bu ailələr çox vaxt nəyə ümid etdiklərini bilmədən gözləməyə davam edirlər. Hər bir ailənin bir ümumbəşəri sualı var - “Onlar haradadırlar?” İtkin düşənlərlə bağlı məlumatların ailələrə açıqlanmaması, onların xəbərsiz saxlanılması insan hüquqlarının ciddi şəkildə pozulması deməkdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:37]
Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib
- 11.06.2026 [17:36]
Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır
- 11.06.2026 [17:24]
Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?
- 11.06.2026 [16:52]
Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB
- 11.06.2026 [16:16]
Heyvanların identifikasiyası nə üçün vacibdir?
- 11.06.2026 [16:05]