RUS DRAM TEATRINDA “SİNQAPURDA RUS ŞOUSU” OYNANILDI
Teatrdan AZƏRTAC-ın müxbirinə demişlər ki, komediyada Sinqapura getmək üçün müsabiqəyə qatılan qadınların problemləri qoyulmuşdur. Tamaşa Rusiya həyatından bəhs etsə də, sosial problemlər Azərbaycan üçün də aktualdır.
Komediyada əsas rolları əməkdar artist Rita Əmirbəyova (Varvara Volkova), Mələk Abbaszadə (Ninel Karnauxova), Natalya Koroleva (Tamara Bok), Emil Tahirov (Viktor Puxov), Firdovsi Atakişiyev (Albert) və başqaları oynamışlar.