Rusiyada koronavirus əleyhinə dünyada ilk nazal vaksin qeydiyyatdan keçib
Bakı, 2 aprel, AZƏRTAC
Rusiyanın Səhiyyə Nazirliyi yeni koronavirus infeksiyasının profilaktikası məqsədilə RF SN-nin N.F.Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin işləyib hazırladığı “Qam-kovid-vak” (“Sputnik V”) vaksininin nazal formasını qeydiyyatdan keçirib.
AZƏRTAC bu barədə Rusiya KİV-lərinə istinadla xəbər verir.
RF Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir ki, vaksin “Sputnik V” vaksini kimi iki komponentdən ibarətdir və xüsusi taxma-püskürdücü vasitəsilə burun boşluğuna 3 həftə intervalla, yəni “praym-bust” rejimində yeridilir.
Nazirlikdə izah ediblər ki, bu cür immunlaşdırılma koronavirus infeksiyasına yanaşmada tənəffüs yolu seliyinin səthində mukozal immunitet formalaşdırır. “Pasiyentlərə nazal vaksinin tətbiqi “SARS-CoV-2” virusunun əmələ gətirdiyi infeksiyaya qumoral və hüceyrə immunitetli cavabı formalaşdırır”, - deyə məlumatda qeyd olunur.
Hazırkı mərhələdə preparatdan 18 yaş və yuxarı yaş həddində olan şəxslərin vaksin profilaktikasını yerinə yetirən tibb müəssisələri şəraitində istifadə olunmasına icazə verilib.