Rusiyada qətl törədən erməni quldur dəstəsinin üzvlərindən biri həbs olunub
Bakı, 24 iyul, AZƏRTAC
Bu yaxınlarda Rusiyada ağır qətl törədən erməni quldur dəstəsinin üzvlərindən biri həbs olunub. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya Dövlət Kəşfiyyat İdarəsinin keçmiş xüsusi təyinatlı zabiti Nikita Belyankini qətlə yetirən və daha bir şəxsi yaralayan quldurlardan biri, barəsində axtarış elan olunmuş Arevik Xaçatryan Yerevanda yaxalanıb. Ermənistanın baş prokurorluğu onun cinayət məsuliyyətinə cəlb olunması üçün rusiyalı həmkarlarında qətl hadisəsi ilə bağlı sənədləri istəyib.
Cinayət işində qeyd olunub ki, Nikita Belyankin iyunun 2-də erməni quldur dəstəsinin iştirak etdiyi dava-dalaşı sakitləşdirmək istəyərkən qətlə yetirilib. Rusiyanın İstintaq Komitəsi qəsdən adamöldürmə, bədən xəsarətləri yetirilməsi və xuliqanlıq maddələri işə cinayət işi qaldırıb. Quldur dəstəsinin 9 üzvü dərhal həbs edilib. Onların beşi Rusiya, dördü isə Ermənistan vətəndaşlarıdır. Üç nəfərə qarşı qəsdən adamöldürmə ittihamı irəli sürülüb. Cinayətdə iştirak edən daha bir erməni isə hələ də tapılmayıb. Onun barəsində beynəlxalq axtarış elan olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:30]
Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?
- 11.06.2026 [14:21]
Çin sınaq peykini kosmosa göndərib
- 11.06.2026 [14:21]
“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir
- 11.06.2026 [14:02]
Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
- 11.06.2026 [13:53]