Rusiyadan təxliyə edilmiş Azərbaycan vətəndaşları ilə görüşlər keçirilib
Bakı, 28 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları koronavirus pandemiyası ilə əlaqədar Rusiyadan təxliyə edilərək vətənə qayıtmış Azərbaycan vətəndaşları ilə görüşlər keçiriblər. Həmin vətəndaşların, eləcə də ailələrinin mövcud sosial vəziyyəti öyrənilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onların qarşılaşdıqları və nazirliyin səlahiyyət dairəsinə aid məsələlərin qeydiyyatı aparılıb.
Həmin məsələlərin (o cümlədən əlilliyin təyinatı, pensiya təminatı və s.) həllində qanunvericilik çərçivəsində onlara və ailələrinə ehtiyac duyduqları sosial dəstəyin göstəriləcəyi bildirilib.