İQTİSADİYYAT
Rusiyanın Kirov vilayəti Azərbaycana meşə materialları ixrac edir
Moskva, 2 aprel, AZƏRTAC
Rusiyanın Kirov vilayəti 2022-ci ilin əvvəlindən 63 ölkəyə, o cümlədən Azərbaycana 128,3 min kubmetr meşə materialları ixrac edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyası Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.
İxrac edilən məhsul, əsasən ev inşası və mebel tədarükü üçün nəzərdə tutulur. “Rosselxoznadzor”dan bildiriblər ki, meşə materiallarının ixracı zamanı idxalçı ölkənin bütün karantin fitosanitar tələblərinə əməl edilir.
“Rosselxoznadzor”un Kirov vilayəti üzrə idarəsindən üç ay ərzində 2818 fitosanitar sertifikat verildiyi bildirilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.05.2024 [19:10]
AYİB yaşıl enerjiyə keçidlə bağlı Azərbaycana kredit ayırmağı planlaşdırır
- 29.05.2024 [18:28]