Rusiyanın Tver vilayəti Azərbaycana təşəkkür edib
Moskva, 11 may, AZƏRTAC
Rusiyanın Tver vilayəti Böyük Vətən müharibəsində Qələbəyə görə Azərbaycana təşəkkür edib.
AZƏRTAC xəbər verir ki, vilayətin inzibati mərkəzi Tver şəhərinin küçələrindən birində Azərbaycana minnətdarlıq sözləri yazılmış banner quraşdırılıb. Bu barədə “Vestnik Kavkaza” agentliyi məlumat yayıb.
Bannerdə yazılıb: “Bayramın mübarək, Azərbaycan! Böyük Vətən müharibəsində Sovet Ordusuna lazım olan yanacağın 85 faizini məhz Azərbaycan verib. Respublikadan cəbhəyə getmiş 640 mindən çox adamdan 350 mindən çoxu geri qayıtmayıb”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:29]
“Aqrar sahə haqqında” yeni Qanunun hazırlanması nəzərdə tutulur
- 11.06.2026 [14:07]
Məhərrəm ayının başlanacağı tarix açıqlanıb
- 11.06.2026 [13:29]