Rütte: Ukraynanın məğlub olması NATO-ya trilyonlarla dollara başa gələcək
Bakı, 23 yanvar, AZƏRTAC
Kiyevin məğlubiyyəti alyansın hərbi ehtiyaclar üçün hazırda ayırdığı əlavə milyardlarla dollara deyil, əlavə trilyonlarla dollara başa gələcək.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte Davosda keçirilən Ümumdünya İqtisadi Forumda Ukraynaya həsr olunmuş tədbirdə çıxış edərkən bildirib.
“Ukrayna məğlub olarsa, NATO-nun əlavə milyardlar deyil, trilyonlarla dollara ehtiyacı olacaq, - deyə o bildirib. – Bu halda Qərbin NATO-nu maddi cəhətdən təmin etməsi bizim burada müzakirə etdiklərimizin əksinə olaraq, daha yüksək qiymətə başa gələcək”.
O, barışıq haqqında az danışmağa, Ukraynaya daha çox silah göndərməyə, həmçinin Rusiyanın şərtləri altında atəşkəs əldə olunmasına imkan verməməyə çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [22:46]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:37]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:22]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]