Azərbaycan Dövlət İnformasiya Agentliyi

RZANIN FOTO DÜNYASI

Həyatda hərənin bir dünyası var. Kimisi şən və firavan, kimisi də narahat və əzablı dünyasını yaşayır. Təbrizdə anadan olmuş soydaşımız Rza Diqqətinin də uşaqlıqda öz dünyası var idi. Bu dünyadan Rzanın yaddaşına anasının nağılları, bir də hər dəfə acgözlüklə, uşaq marağı ilə seyr etdiyi qədim Təbrizin tarixi abidələri həmişəlik həkk olunub. Hələ uşaqlıqdan sakit təbiətli Rza təklikdə qalıb xəyallara dalmağı sevərdi. Belə anlarda Təbrizin keçmişindən xəbər verən və bir-birindən yaraşıqlı tarixi abidələrinin maketini düzəldər və onlara xəyalında canlandırdığı əlavələri edərdi. Anası xəmir yoğuranda balaca Rza ondan bir parça qoparıb xəyalında tutduğu abidələrin maketlərini, yaxud da kələ-kötür insan fiqurları düzəldərdi. Saatlarla bir parça xəmirlə əlləşməkdən usanmazdı. Elə bu məşğuliyyət, doğma şəhərin abidələrinə vurğunluq onu 1971-ci ildə Təbriz Universitetinin arxitektura fakültəsinə gətirdi.

Tələbəlik illəri onun üçün heç də asan keçmədi. Həyatda rastlaşdığı ədalətsizliklərə dözməyən gənc Rza şah rejiminə qarşı iğtişaşlarda iştirak etdiyinə görə həbs olundu. Tələbəlik illərinin beş ayını həbsxanada keçirdi. Onunla birlikdə Təbrizin tanınmış alim və ziyalıları - şairlər, ədəbiyyatşünaslar, filosoflar və tarixçilər də dəmir barmaqlıqlar arxasına salınmışdılar. Onların insaniyyət, şəxsiyyət barədə hikmətamiz söhbətləri Rzanın həyat yolunu, cəmiyyətə baxışını dəyişdi.

Həbsxanadan çıxdıqdan sonra yenidən məhkum olunacağından ehtiyat edən Rza 1981-ci ildə bacısı Pəriçöhrlə birlikdə Fransada sığınacaq tapdı. Dünyanın mədəniyyət mərkəzlərindən hesab edilən Fransa və onun paytaxtı Paris, mehriban fransızlar Şərq mühitində böyümüş Rza üçün yeni bir dünya oldu. Bu yeni dünyada Rza arxitektura ilə birdəfəlik vidalaşdı. Canlı mühit onu daha çox cəlb edirdi. Elə buna görə də çoxdan arzuladığı fotojurnalist peşəsinə qəlbən bağlandı.

Rza yeni peşəsində fotoportret janrına üstünlük verdi. Bu janr ona insanlarla daim təmasda olmaq, onları yaxından tanımaq imkanı yaratdı, insanlar onun çəkdiyi fotoportretlərin əsl qəhrəmanları oldu. Rza deyir ki,

bu fotoların hər biri mənim həyatımın bir parçasıdır.

Fransada bir müddət BMT-nin humanitar proqram üzrə məsləhətçisi vəzifəsində çalışan Rza 1990-cı ildən həyatını birdəfəlik ən keyfiyyətli şəkillərinə görə dünyada məşhur olan və Amerikada nəşr edilən “National Geoqraphic” jurnalı ilə bağladı. Jurnalın sifarişlərini yerinə yetirən Rza müxtəlif ölkələrdə oldu. Onun səyahət xəritəsinin coğrafiyası geniş və zəngindir. Bosfordan Çin səddinə, Filippindən Mərkəzi Asiyaya, Livandan Əfqanıstana, Ruandadan Sarayevaya, Yəməndən Bosniyaya, Anqoludan Qafqaza səfər marşrutları, müxtəlif ölkələrlə, müxtəlif insanlarla tanışıq onun həyat tarixçəsinə yeni-yeni səhifələr yazdı. 110 ölkədə olmuş Rza dünyanın tanınmış fotojurnalisti kimi şöhrət qazandı. 1998-ci ildə ona Beynəlxalq mətbuat sahəsində foto işləri üzrə münsiflər heyətinin üzvü kimi məsul bir vəzifə həvalə edildi.

Həyatını dəfələrlə ölümlə üzbəüz qoymaqdan çəkinməyən Rza dünyanın qaynar nöqtələrinə gedərək, yurd-yuvasından didərgin düşmüş qaçqın və məcburi köçkün insanları arayıb-axtarır, bu adamların müsibətlərinə şərik olur, öz sənəti, istiqanlı münasibəti ilə onların kədərini yüngülləşdirməyə çalışır, qayğılı surətlərini fotoaparatının “yaddaşına” köçürür.

Əfqanıstanda olarkən milli qəhrəman Məsud Şahla görüşlərini, bu görüşlər zamanı gecələr sübhə qədər onunla Şərq ədəbiyyatından, poeziyasından, klassiklərdən söhbət etdiyini, hətta bəzən qızğın mübahisələr apardığını bu gün də yaxşıca xatırlayır. Faciəli ölümündən bir qədər əvvəl Fransaya rəsmi səfərə gəlmiş Məsud Şah Rzanı Senatın sədri Kristian Ponsle ilə tanış etmişdi. Bu tanışlıq sonralar Rzanın həyatında mühüm rol oynamışdır.

Dostu, əfqan xalqının mübariz oğlunun qətlə yetirilməsi xəbəri Rzanı yaman sarsıtdı. Hətta ilk vaxtlar bu xəbərə inanmaq belə istəmirdi. Dostluq borcunu sonuncu dəfə yerinə yetirməyi qarşısına məqsəd qoyan Rza 2002-ci il aprelin 2-də Fransada Məsud Şahın həyat yolundan söhbət açan fotosərgi təşkil etdi. Senatın binasında açılmış sərgidəki fotoların satışından əldə olunan vəsaitin əksəriyyətini Əfqanıstanda yaratdığı “Ayna” assosiasiyasının fonduna köçürdü. O, bu assosiasiyanı dostunun xatirəsini əbədiləşdirmək naminə yaratmışdır. Digər tərəfdən isə, bu ölkəyə hədsiz maraq göstərdi. “Müstəqil informasiyasız həqiqi demokratiya yoxdur” sözlərini özünə deviz seçmiş assosiasiya 25 müstəqil mətbu orqanını və 250-dən artıq jurnalisti öz ətrafında birləşdirmiş və ölkədə müstəqil mətbuatın inkişafına hərtərəfli kömək göstərmişdir.

Digər sərgiləri kimi, Rzanın bu sərgisi də böyük müvəffəqiyyət qazandı. On minlərlə tamaşaçını cəlb etmiş sərgi fransız ictimaiyyətində böyük rəğbət doğurdu. Fransa mətbuatı öz səhifələrində sərgi və onun müəllifi barədə yazılara geniş yer verdi.

Artıq fotojurnalist kimi məşhurlaşmış Rza ürəyinin bir parçası olan Azərbaycanı heç vaxt unutmur. 1990-cı illərin Qanlı Yanvar hadisələri zamanı Rza Diqqəti təcili Bakıya gəlmiş, xalqımıza üz vermiş faciənin dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz xidmətlər göstərmişdir. Xaricdə yaşayan soydaşlarımız arasında doğma Azərbaycanın müstəqilliyinə ən çox sevinənlərdən biri də Rza olmuşdur. Elə həmin vaxtdan Rza Bakı ilə müntəzəm əlaqə saxlamış, burada təşkil edilmiş sərgilərdə tez-tez öz əsərlərini nümayiş etdirmişdir.

Fotojurnalistlikdən əlavə, həm də xeyriyyəçi kimi tanınan Rza və bacısı Pəriçöhr dünya şöhrətli Prezidentimizin çağırışına ilk səs verənlərdən biri olmuşdur. Onlar Bakının Səbail rayonunda məskunlaşmış zəngilanlı məcburi köçkünlərin uşaqları üçün 2002-ci ildə öz vəsaitləri hesabına 62 şagird yeri olan məktəb binasını tikdirərək istifadəyə vermiş və onu lazımi avadanlıq və tədris ləvazimatı ilə təmin etmişlər. Qardaş və bacı bu gün də məktəblə sıx əlaqə saxlayır, uşaqlara hərtərəfli kömək göstərirlər.

Bu il avqust ayının 1-dən Senatın yerləşdiyi Lüksemburq bağında təşkil etdiyi “Çarpazlaşmış talelər” adlı növbəti fotosərgi Rzanın yaradıcılığında yeni mərhələ oldu. Sərgi ilə yanaşı, eyniadlı fotoalbom nəşr etdirən Rza öz sevimli mövzusuna sadiq qalmış, qaynar nöqtələrdə məhrumiyyətlərə düçar olmuş insanların fotoportretlərini yaratmışdır. Sərgidə dünyanın 20-dən çox ölkəsində yaşayan insanların talelərindən bəhs edən fotoşəkillər nümayiş etdirilir. Ekspozisiyaya tamaşa edənlər hər bir şəklin qarşısında uzun müddət ayaq saxlayır, fotolarda əks olunmuş adamların talelərinə biganə qala bilmir, bir anlıq olsa da, onların həyatı ilə yaşayır və hətta bəziləri göz yaşlarını gizlətməyi bacarmırlar.

Fransanın “Fiqaro”, “Mond”, “Liberasyon”, “Pariziyən”, “Parimatç” və digər mətbu orqanlarında sərgi ilə bağlı dərc olunmuş yazılarda cənublu soydaşımız və onun əsərləri barədə xoş sözlər deyilmiş, Rzanın yaradıcılığının əsas məziyyətlərindən danışılmışdır. Ayrı-ayrı televiziya kanalları sərgi barədə maraqlı verilişlər göstərmişdir. Rza və onun yaradıcılığı haqqında qısametrajlı sənədli film də çəkilmişdir.

Sentyabrın 30-dək davam edəcək sərgidə ölkəmizlə bağlı beş fotoportret nümayiş etdirilir. Onlardan ikisi Ağdam və Xocalı faciəsinə həsr edilmişdir. “Fiqaro” qəzetində Rza barəsində getmiş böyük bir məqalə ilə birlikdə ən yaxşı əsərlərdən biri kimi, ağdamlı ananın portreti də dərc edilmişdir.

Rzanın dünyada baş verən hadisələrin bir növ aynası hesab olunan bu sərgisində nümayiş etdirilən azərbaycanlı qaçqın və məcburi köçkünlərin fotoları hər yerdə öz çirkin xislətlərini büruzə verən ermənilərin ciddi etirazına səbəb olmuşdur. Onlar Ermənistanın işğalçılıq siyasətini fransız ictimaiyyətinə dolğun şəkildə çatdıran bu əsərləri sərgidən yığışdırmağı Rzadan tələb etmiş, hətta ona hədə-qorxu da gəlmişlər. Lakin xaricə səfərlərində dəfələrlə ölümlə üzləşmiş Rza bu hədələrə əhəmiyyət verməmişdir.

Öz foto dünyasını yaşayan Rza Diqqətinin həyatında sərhəd anlayışı yoxdur. Yaradıcılığının əsas amili insan fenomenidir, insan şəxsiyyətidir və insani cizgiləridir. O, yaratdığı fotoportretlərində bunları tamaşaçılara olduğu kimi çatdırdığını biləndə özünü xoşbəxt hesab edir, gördüyü işdən ləzzət alır.

Rzanın çoxlu planları vardır. Onların bir qismi müstəqillik yolunda inamla irəliləyən doğma Azərbaycanla bağlıdır. Daimi səfərdə olan Rza tezliklə onları həyata keçirmək niyyətindədir. Bu yolda ona yeni, daha böyük uğurlar arzulayırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-nin təyyarədaşıyan gəmisi bir sutka ərzində Yaxın Şərqə çatacaq

UEFA Millətlər Liqası: İngiltərə yığması İspaniyanı məğlub edib

“Tesla” “Cybercab” robotaksilərini şəxsi istifadə üçün satışa çıxarıb

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Bir əsrlik radio, 70 illik televiziya: Heydər Əliyev Sarayında “Yubiley gecəsi” FOTO

Bakıda aşan ağac səbəbindən evdə köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib

İran XİN: ABŞ-nin Tehranın tələblərinə cavabları praktik deyil

Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik

Bu gün Avropa ölkələri Azərbaycanla əməkdaşlığın strateji əhəmiyyətini daha dərindən anlayırlar - ŞƏRH

ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Bakıda küləyin sürəti 28 m/s-dək güclənib, Xınalığa və Şahdağa qar yağır - FAKTİKİ HAVA

“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir

İndoneziyada tufanlar nəticəsində 500-ə yaxın bina zərər görüb

Şon Daffi: ABŞ-də 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb

İsveç şahzadəsi Madlen uşaq serialını təqdim edib

Azərbaycan gimnastı gənclər arasında Dünya çempionatında tarixi bürünc medal qazanıb

Budapeştdə üçüncü Azərbaycan nar festivalı keçirilib

Estoniya Rusiya ilə sərhəd-keçid məntəqələrini bağlayacaq

Danimarkada milyon krondan çox qiyməti olan “Pokémon” kartlarını oğurlayıblar

Almaniyada görkəmli bəstəkar Arif Mirzəyevin xatirəsi anılıb

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

“Kür” komandasının baş məşqçisi: “Çair” komandası ilə cavab qarşılaşmasında həndbolçularımız bacardıqlarını etdilər

Bu saata olan əsas xəbərlər

Prezident İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur

Prezident: Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır

Husilər 600 Yəmən əsgərinin azad edildiyini açıqlayıblar

Azərbaycan Respublikasının televiziya və radio işçilərinə

Mixail Ulyanov: Digər ölkələr nüvə sınaqlarını bərpa etsə, Rusiya cavab tədbiri görəcək

Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

WP: ABŞ aviasiya tənzimləyicisi modernləşdirmə səbəbindən pozuntular riski barədə xəbərdarlıq alıb

Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb

Ağdam şəhərində gənc tibb işçilərinin konfransı keçirilib

Fransa prezidentliyinə namizəd ölkənin xarici işlər nazirini təlxək və dəli adlandırıb

Körfəzdə neftdaşıyan supertanker batıb

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Nazir: Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq

Milli Kitabxanada “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual kitab sərgisi təqdim olunub

ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib

Azərbaycanlı alim COP31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb