Saatlıda dörd ayda 8 min tondan çox süd istehsal olunub
Saatlı, 16 may, Mahir Babayev, AZƏRTAC
Saatlıda kənd təsərrüfatının digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını artırmaq məqsədilə yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət, süd və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşdırılır.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonun ayrı-ayrı heyvandarlıq və fərdi təsərrüfatlarında 67 min 808 baş iribuynuzlu mal-qara və 115 min 800 baş qoyun-keçi saxlanılır. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə, ümumilikdə, 647 baş çoxdur. Naxırda ana inək və düyələrin sayı 32 min 332 başa çatıb. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması ət və süd istehsalına da güclü təkan verib. Cari ilin ötən 4 ayı ərzində rayonda 1678 ton ət (diri çəkidə), 8 min 544,4 ton süd istehsal olunub ki, bu da ötən ilin müvafiq dövründə istehsal olunan ətdən 0,7 ton, süddən isə 89 ton çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]