Saatlıda polis əməkdaşları vətəndaşlara sosial məsafənin qorunmasını tövsiyə ediblər
Bakı, 9 may, AZƏRTAC
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayonda koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları yerli idarələrin və bankların önündə yarana biləcək sıxlığı nəzərə alaraq, bu ərazilərə xüsusi nəzarət edir. Həmçinin dayanacaqlarda, marşrut avtobuslarında maska taxmadan əyləşən sərnişinlərə, eləcə də piyada hərəkət edən sakinlərə tibbi maskalar təqdim olunub, sosial məsafənin qorunması tövsiyə edilib.