Sabah İraqda parlament seçkiləri keçiriləcək
Bağdad, 9 oktyabr, AZƏRTAC
Oktyabrın 10-da İraqda növbəti parlament seçkiləri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, İraq parlamentinin qəbul etdiyi seçkilər haqqında yeni qanuna əsasən, seçki dairələrinin sayı 18-dən 83-ə çatdırılıb. Bu addım ən ucqar əyalətdə yaşayanların seçkilərdən kənarda qalmamaları üçün atılıb.
Siyasi müşahidəçi Əli Mümtaz İraq televiziyasında çıxışı zamanı bildirib ki, parlament seçkilərində 167 partiyadan 3249 namizəd iştirak edəcək. Namizədlərdən 789 nəfəri bitərəfdir. Qadın namizədlərin sayı isə 951 nəfərə çatıb.
Qanuna əsasən, seçki məntəqələri oktyabrın 10-da saat 07:00 açılacaq və 18:00-da bağlanacaq. Seçki dairələri 24 saat ərzində nəticələr barədə ilkin məlumat verməlidirlər.
Əli Mümtaz qeyd edib ki, budəfəki parlament seçkilərində sabiq dövlət rəhbərləri iştirak etmirlər. Ötən müddət ərzində İraq xalqı çox çətin yollardan keçib. İqtisadi böhran, siyasi çəkişmələr sabiq rəhbərlərin nüfuzuna ciddi ziyan vurub. Bu səbəbdən onlar seçkiyə qatılmaq istəməyiblər. Lakin onlardan heç biri siyasətdən getməyib və İraqın ictimai-siyasi həyatında fəal rol oynamaqda davam edirlər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Bağdad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:55]
NATO-nun Baş katibi Vaşinqtonda Trampla görüşəcək
- 19.06.2026 [12:54]
Pakistan tam elektron pasport sisteminə keçməyə hazırlaşır
- 19.06.2026 [12:47]
“Euractiv”: Avropa dron istehsalında Çindən asılı olaraq qalır
- 19.06.2026 [12:46]
Yaşar Güler: Ankaradakı NATO sammiti Alyans üçün dönüş nöqtəsi olacaq
- 19.06.2026 [12:41]
Saratov hava limanında uçuşlara müvəqqəti məhdudiyyət qoyulub
- 19.06.2026 [12:26]
Körfəz ölkələrində neft hasilatı oktyabr ayına qədər bərpa oluna bilər
- 19.06.2026 [12:25]
Gürcüstan xəstəxanalarında koronavirus halları qeydə alınıb
- 19.06.2026 [12:11]