DÜNYA
Sabahdan Rusiyada qeyri-iş günləri başa çatır
Moskva, 11 may, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin ölkədə qeyri-iş günlərinin mayın 12-dən başa çatdığını elan edib.
AZƏRTAC xəbər verir ki, Rusiyada qeyri-iş günləri koronavirus pandemiyası ilə əlaqədar elan olunub. Dövlət başçısı Vladimir Putin bildirib ki, vətəndaşların və iqtisadiyyatın işə başlaması mərhələlərlə həyata keçirilməli, eyni zamanda, bütün təhlükəsizlik qaydalarına riayət olunmalıdır. Rusiya koronavirus epidemiyası ilə mübarizənin növbəti - məhdudiyyətlərin yumşaldılması mərhələsinə keçir. V.Putin vurğulayıb ki, 65 yaşından yuxarı şəxslər üçün məhdudiyyətlər qüvvədə qalacaq.
Rusiya regionları rəhbərlərinin məhdudiyyətlərlə bağlı səlahiyyətlərinin də vaxtı uzadılır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva