“Sabahın alimləri” X respublika müsabiqəsi keçiriləcək
Bakı, 5 fevral, AZƏRTAC
Fevralın 10-17-də “Sabahın alimləri” X respublika müsabiqəsi keçiriləcək. Pandemiya şəraiti ilə əlaqədar müsabiqənin onlayn formatda təşkili planlaşdırılır.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqəyə 123 layihə üzrə 208 şagird buraxılıb. Layihələrdən 37-si fərdi və 86-sı kollektiv işlənmiş layihədir. Müsabiqə 8 kateqoriya üzrə keçirilir. Respublikanın şəhər və rayonlarından IX-X sinif şagirdləri riyaziyyat üzrə 14, fizika və astronomiya üzrə 16, kimya üzrə 8, biologiya üzrə 16, tibb və sağlamlıq üzrə 12, ekologiya və ətraf mühitin idarəolunması üzrə 20, kompüter elmləri üzrə 10, mühəndislik üzrə 17 layihə ilə müsabiqədə iştirak edəcəklər.
Xatırladaq ki, 2012-ci ildən başlayaraq Azərbaycanda “Sabahın alimləri” respublika müsabiqəsi keçirilir. Müsabiqə Beynəlxalq Elm və Mühəndislik Sərgisi - “ISEF” çərçivəsində təşkil edilir. Müsabiqənin keçirilməsində məqsəd ölkəmizdə fəaliyyət göstərən məktəblərin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin üzə çıxarılması, həmçinin yüksək elmi nəticələr əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsidir. Müsabiqədə qiymətləndirmə 8 kateqoriya (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [00:08]
Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür
- 05.10.2026 [19:27]
Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir
- 05.10.2026 [19:13]
NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO
- 05.10.2026 [18:21]
UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb
- 05.10.2026 [18:12]
Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:12]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [21:11]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [20:33]
Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub
- 05.10.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 05.10.2026 [20:00]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [19:49]
Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir
- 05.10.2026 [19:27]
İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb
- 05.10.2026 [19:16]
Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub
- 05.10.2026 [19:10]
AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib
- 05.10.2026 [19:10]