Sabirabadda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
Bakı, 16 oktyabr, AZƏRTAC
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Zamiq Mirzəyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, ondan narkotik vasitə marixuana, eləcə də 678 ədəd psixotrop tərkibli həb aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [17:48]
Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır
- 10.10.2026 [17:30]
Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR
- 10.10.2026 [16:26]