REGİONLAR
Sabirabadda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib VİDEO


Sabirabad, 23 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabadda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə aprelin 22-də saat 21 radələrində Sabirabad rayonunun Qaragüney kəndi ərazisində qeydə alınıb. Sabirabad rayonu Şıxsalahlı kənd sakini Nəcəf Şahnəzərov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən, yolu keçən Minbaşı kənd sakini 48 yaşlı Sarıyev Səfa Xanhüseyn oğlunu vurub. Xəsarət alan şəxs sürücü tərəfindən Şirvan şəhər xəstəxanasına çatdırılıb, həkimlər tərəfindən yaralıya lazımi tibbi yardım göstərilərək cərrahiyə şöbəsinə yerləşdirilib və əməliyyat olunub.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney polis bölməsində araşdırma aparılır.