SABİRABADDA REKORD MİQDARDA TAXIL GÖZLƏNİLİR
AZƏRTAC xəbər verir ki, Sabirabadın torpaq mülkiyyətçiləri 22 min hektar sahədə yetişdirdikləri məhsulu yığmağa başlamışlar.
İlkin mərhələdə tam yetişmiş 3 min hektar arpa zəmisinin məhsulu biçiləcəkdir. Artıq 60 kombaynın köməyi ilə 1.400 hektarda biçin aparılmışdır.
Bu il rayonun zəmilərinin orta məhsuldarlığının rekord səviyyəyə - 38 sentnerə yüksələcəyi proqnozlaşdırılır. Əvvəlki illərdə olduğu kimi, cari mövsümdə də “Əzəmətli”, “Nurlan”, “Bərəkətli” və “Qılçıqsız-1” taxıl sortlarına üstünlük verilmişdir.
Yeri gəlmişkən, rayonda 10-a yaxın ixtisaslaşdırılmış toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Builki məhsulun 8 min tona qədəri gələn il üçün əkin materialı kimi saxlanılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]