Sabirabadda Ulu Öndərin xatirəsinə həsr edilən fləşmob keçirilib
Sabirabad, 8 may, Aydın Yavərzadə, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Sabirabad Regional Mədəniyyət İdarəsi könüllülərinin iştirakı ilə silsilə tədbirlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, idarənin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən fləşmob keçirilib. Fləşmob Sabirabad rayonunun mərkəzi meydanında mədəniyyət könüllüləri tərəfindən gerçəkləşdirilib. Gənc iştirakçılar tərəfindən ümummilli lider Heydər Əliyevin şəkli hissələr üzrə birləşdirilərək vahid fotoşəklində nümayiş olunub.