Şabranda baş verən qəzada iki nəfər xəsarət alıb
Şabran, 2 aprel, Elxan Yusifli, AZƏRTAC
Şabranda minik və yük avtomobillərinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol-nəqliyyat hadisəsi Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “Şaqman” markalı yük maşını ilə “Nissan” markalı minik avtomobilinin toqquşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan rayon sakinləri Toğrul Hüseynov və Nurulla Əsədullayev Şabran Rayon Mərkəzi Xəstəxanasına yerlşdirilib.
İlkin tibbi yardımdan sonra Toğrul Hüseynov Bakıda yerləşən tibb müəssisələrindən birinə apararılıb.
Faktla bağla araşdırmalara başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:01]
Tovuz Rayon Prokurorluğunda “Açıq qapı” günü
- 10.06.2026 [11:54]
Ağsuda yük avtomobili aşıb, xəsarət alanlar var VİDEO
- 10.06.2026 [11:30]
Ağcabədi kümçüləri barama tədarükünə başlayıblar
- 10.06.2026 [11:23]