ELM VƏ TƏHSİL
Şagirdlər Bakı Ali Neft Məktəbində olublar
![](/files/galleryphoto/2024/2/1200x630/1716813773217933189_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17168137731148918067_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17168137732269149063_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17168137733036543295_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17168137735670043470_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17168137734673145293_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17168137733845324703_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17168137732364647896_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17168137735748621727_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1716813773177151012_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17168137735758554842_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1716813773595372449_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17168137731718015089_1200x630.jpg)
Bakı, 27 may, AZƏRTAC
Bakı şəhər Suraxanı rayonu 317 nömrəli tam orta məktəbin direktoru Leyla Əliyeva, məktəbin iki müəllimi və yuxarı sinif şagirdləri Bakı Ali Neft Məktəbində (BANM) olublar.
BANM-dən AZƏRTAC-a bildirilib ki, onlar ali məktəbin kampusunu gəzib, buradakı 600 nəfərlik Konqres zalı, Neft muzeyinin eksponatları, kitabxana, üzgüçülük hovuzu, idman zalları, tələbə yeməkxanası, auditoriya və laboratoriyalarla tanış olublar.
Daha sonra BANM-in tədris və elmi işlər üzrə prorektoru Sevda Zərgərova qonaqlara ali məktəb haqqında məlumat verib. Şagirdlərin təhsil almaq istədikləri ixtisaslarla maraqlanan prorektor onların yüksək nəticələr əldə edəcəklərinə və BANM-i seçəcəklərinə inandığını bildirib.
Məktəbin direktoru Leyla Əliyeva BANM-in kampusu ilə tanışlığın şagirdlər üçün səmərəli olacağına inandığını qeyd edib.