“Sağlam gələcək idmanla gələcək” devizi ilə qızlar arasında basketbol üzrə turnir keçirilib
Bakı, 30 yanvar, AZƏRTAC
Yanvarın 29-da Nərimanov rayonunda “Sağlam gələcək idmanla gələcək” devizi ilə qızlar arasında basketbol (3x3) idman növü üzrə turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, 212 nömrəli tam orta məktəbin idman zalında baş tutan yarış 2 Fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə “Gənclər həftəsi” çərçivəsində təşkil edilib. Yarışda 2 yaş qrupu üzrə - 2005-2006-cı və 2007-2008-ci il təvəllüdlü gənc qızlar iştirak ediblər.
Turnirdə fərqlənən komandalar yekunda Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.