Sahibkarlığın İnkişafı Fondu “Qadın və gənc sahibkarlara dəstək” adlı müsabiqə keçirir
Bakı, 13 oktyabr, AZƏRTAC
Sahibkarlığın İnkişafı Fondu (SİF) qadın və gənc sahibkarlara güzəştli kreditlərin verilməsinin təşviqi məqsədilə müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında “Qadın və gənc sahibkarlara dəstək” adlı müsabiqə keçirir.
SİF-dən AZƏRTAC-a bildirilib ki, qaliblər Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına maliyyələşdirilməsinə müsbət qərar verilmiş və kredit ayrılmış layihələrin sayı əsas götürülməklə müəyyənləşdiriləcək. Müsabiqəyə ən çox layihə təqdim etmiş ilk 3 iştirakçı mükafatlandırılacaq.
Müsabiqənin şərtlərinə görə, yalnız Fondla əməkdaşlıq edən və 2022-ci il üzrə limiti olan müvəkkil kredit təşkilatlarının kredit mütəxəssisləri iştirak edə bilər. Kreditlər yalnız qadın və yaşı 29-dək olan gənc sahibkarlara verilməlidir, 2022-ci il üzrə Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının qərarı ilə müəyyən edilmiş prioritet istiqamətləri əhatə etməlidir. Müsabiqədə Fond tərəfindən oktyabrın 1-dən dekabrın 16-dək kredit ayrılmış qadın və gənc sahibkarların layihə sayları əsas götürülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:33]
Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub
- 07.08.2026 [16:12]
® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb
- 07.08.2026 [15:46]
® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib
- 07.08.2026 [15:44]
® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim
- 07.08.2026 [15:38]