Şahin Bağırov: Gəlirlərin toplanması istiqamətində elektron bildiriş sistemi hazırlanıb
Bakı, 17 dekabr, AZƏRTAC
Gömrük rüsumları və vergiləri 2023-cü ilin dövlət büdcəsinin 18 faizini, ÜDM-in 5,2 faizini təşkil edib.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov “Gömrük-Biznes Forumu 2024: Dialoq” tədbirində çıxışı zamanı deyib.
DGK sədri bildirib ki, büdcə daxilolmaları üzrə gömrük gəlirlərində 2023-cü ildə 2022-ci illə müqayisədə 12,4 faiz artım müşahidə olunub. Onun sözlərinə görə, komitə gəlirlərin toplanması istiqamətində elektron bildiriş sistemi və təminat əsasında malların buraxılış mexanizmini hazırlayıb.
“Gəlirlərin toplanması istiqamətində beynəlxalq standartlara uyğun metodik vəsait, elektron bildiriş sistemi və təminat əsasında malların buraxılış mexanizmi hazırlanıb”, - deyə o vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:33]
“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb
- 23.09.2026 [17:25]
Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub
- 23.09.2026 [17:00]
Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib
- 23.09.2026 [16:46]